Məhkəmə qərarları › İş №2(030)-65/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-65/2024

09.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-65/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı atalığın mübahisəsi, doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 doğum akt qeydinin ata qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 atası İddiaçı olmamasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edib, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunlanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı atalığın mübahisəsi, doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: imza var Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar