Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-673/2025 21.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin üzərinə xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğum akt qeydində ata qrafasında İddiaçı adının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, cavabdehin üzərinə X2 və X1 doğum akt qeydiyyatında ata qrafasında ata kimi onun adının ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı inzibati orqanın üzərinə öhdəlik qoyulmasını tələb edir ki, bu mübahisəyə inzibati məhkəmə icraatında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Qeyd olunanlardan əlavə, məhkəmə qeyd edir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2(030)–28/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı cavabdehlə birgə nikahlarından 29 dekabr 2011-ci il tarixdə anadan olmuş X2, 16 may 2013-cü il tarixdə anadan olmuş X3 və 08 dekabr 2009-cu il tarixdə anadan olmuş X1 atalığının mübahisələndirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 156, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğum akt qeydində ata qrafasında İddiaçı adının ləğv edilməsdi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Qərardaddın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-673/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-673/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver