Məhkəmə qərarları › İş №2(030)-678/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-678/2025

22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-678/2025 22.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyul 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh ilə 2022-ci ildə faktiki niah münasibətlərində ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 14 iyul 2025-ci ildə Vidadi adlı bir uşaqları doğulmuşdur. Cavabdeh uşağın maddi təminatı üçün heç bir köməklik etmədiyi üçün uşağını təkbaşına saxlamqda çətinlik çəkir. Onunla cavabdehlə arasında 14 oktyabr 2025-ci ildə barışıq sazişi bağlanmışdır. Sazişə əsasən uşağın onun yanında qalması barədə razılığa gəlsələr də, alimentlə bağlı narazlıq yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin aylıq gəliri olsa da, maddi imkanı yaxşı deyildir. Ona görə də, məhkəmədən alimentin 100 manat məbləğində təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 iyul 2025-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 iyul 2025-ci il tarixdə 950 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 14 iyul 2025-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 24 iyul 2025-ci il tarixdə 148 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatında İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2025-ci il tarixli MŞG/1/MT007-2025-01383 nömrəli “Barışıq sazişi”ndən görünür ki, sazişin 1-ci bəndinə əsasən, tərəflər, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nıkahdan doğulmuş uşağın ana himayəsində saxlanılması, aliment tələbi və atanın istədiyi vaxt uşaqla görüşməsi və ünsiyyət saxlaması ilə bağlı aşağıdakı şərtlər daxilində razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflər, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahdan doğulmuş 14 iyul 2025-ci il təvəllüdlü X4 ana İddiaçı himayəsində saxlanılmasına oz aralarında razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik gotürmüşlər. Sazişin 3-cü bəndinə əsasən, tərəflər, İddiaçı ilə Cavabdeh öz aralarında qeyri-rəsmi nikahdan doğulmuş 14 iyul 2025-ci il təvəlludlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tərəflər arasında alimentlə bağlı fikir ayrılığı yarandığı üçün alıment məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsinə razılaşmış və öz üzərlərinə öhdəlik götürmüşlər. Sazişin 4-cü bəndinə əsasən, tərəflər, İddiaçı ilə X3 qeyri-rəsmi nıkahdan doğulmuş 14 iyul 2025-ci il təvəlludlü X5 ilə ata Cavabdeh ana İddiaçı ilə uşaqla görüşmək üçün öncədən razılığa gəldikləri üçun istədiyi vaxt uşaqla görüşmək və unsiyyət saxlamaq uçun öz aralarında razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. İşə əlavə olunmuş 14 oktyabr 2025-ci il tarixli BPMCOR**********07 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. İşə əlavə olunmuş 14 oktyabr 2025-ci il tarixli BPMCOR**********16 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 14 iyul 2025-ci ildə X4 doğulmuşdur. Uşağa atalıq müəyyən edilmişdir. Gəncə 1 saylı Mediasiya təşkilatında tərəflər arasında 14 oktyabr 2025-ci il tarixli MŞG/1/MT007-2025-01383 nömrəli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən, İddiaçı Cavabdeh ilə qeyri rəsmi nıkahdan doğulmuş uşağın ana himayəsində saxlanılması, aliment tələbi və atanın istədiyi vaxt uşaqla görüşməsi və ünsiyyət saxlaması ilə bağlı razılıq əldə etmiş, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikahdan doğulmuş 14 iyul 2025-ci il təvəllüdlü X4 ana İddiaçı himayəsində saxlanılması, qeyri rəsmi nikahdan doğulmuş 14 iyul 2025-ci il təvəlludlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tərəflər arasında alimentlə bağlı fikir ayrılığı yarandığı üçün alıment məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsi barədə razılaşmışlar. Hazırda iddiaçı uşağının saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddələrinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il üçün “Yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 14 iyul 2025-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 22 oktyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından tərflər arasında bağlanmış 14 oktyabr 2025-ci il tarixli MŞG/1/MT007-2025-01383 nömrəli “Barşıq sazişi”ndən görünür ki, tərəflər bağlanmış 14 oktyabr 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişlər. İddiaçı tərəfindən 50 manat, cavabdeh tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Odur ki, ödənilmiş ilkin mediasiya xərci tərəflərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 1200 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 14 iyul 2025-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 22 oktyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar