Məhkəmə qərarları › İş №2(030)-686/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-686/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-686/2023 22.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2023-cü il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh 70 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 19 sentyabr 2017-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1906 nömrəli akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 02 oktyabr 2017-ci ildə Zəhra və 02 oktyabr 2018-ci ildə Rəvan adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(030)-81/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş Zəhra və Rəvan onun yanında saxlanılmış və onların maddi təminatı üçün hər uşağa 70 manat olmaqla cəmi 140 manat alıment təyin olunmuşdur. Cavabdehlə bir müddət ayrı qaldıqdan sonra uşaqlarının xatirinə barışıb birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları müddətdə 03 may 203-cü ildə X19 doğulmuşdur. 3-cü övladı dünyava gəldlikdən sonra ailədə yenidən söz-söhbətlər başlamış, bu səbəbdən də, ayrılmışlar. Hal-hazırda heç bir yerdə işləmir. Günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 03 may 2023-cü il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay ondan 70 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(030)- 81/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 19 sentyabr 2017-ci il tarixdə 1906 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, İddiaçı nikahın pozulması haqqında akt qeydi aparılarkən nikahdan əvvəlki “Tağıyeva” soyadını bərpa etmək hüququnun olması izah edilməsi, tərəflərin birgə nikahından – 02 oktyabr 2017-ci ildə anadan olmuş X20 və 02 oktyabr 2018-ci ildə anadan olmuş X24 İddiaçı himayəsində saxlanılması, 02 oktyabr 2017-ci ildə anadan olmuş X20 və 02 oktyabr 2018-ci ildə anadan olmuş X15 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 30 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayonu Qeydiyyat şöbəsinin 01 iyun 2023-cü il tarixli 3-16-5/8-69-234/2023 saylı arayışdan görünür ki, X36 oğlu 03 may 2023-cü ildə Göygöl rayonu doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 01 iyun 2023-cü il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 03 may 2023-cü ildə İddiaçı doğulmuş X11 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 15 dekabr 2023-cü il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 avqust 2023-cü il tarixli MŞG/1-025 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 21 avqust 2023-cü il tarixdə saat 14:30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 27 iyul 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 21 avqust 2023-cü il tarixli BPM**********231 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində xərc tam ödəmişdir. Məhkəmə tərəflərin izahatlarının dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin fakitiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 19 sentyabr 2017-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1906 nömrəli akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 02 oktyabr 2017-ci ildə Zəhra və 02 oktyabr 2018-ci ildə Rəvan adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(030)-81/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş Zəhra və Rəvanın iddiaçının yanında saxlanılmış və onların maddi təminatı üçün hər uşağa 70 manat olmaqla cəmi 140 manat alıment təyin olunmuşdur. Cavabdehlə bir müddət ayrı qaldıqdan sonra uşaqlarının xatirinə barışıb birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları müddətdə 03 may 203-cü ildə X19 doğulmuşdur. 3-cü övladı dünyava gəldikdən sonra ailədə yenidən söz-söhbətlər başlamış və yenidən ayrılmışlar. Hazırda İddiaçı 03 may 2023-cü ildə X11 maddi təminatı üçün 70 manat məbləğində aliment tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il üçün “Yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 03 may 2023cü ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 24 oktyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 70 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh 21 avqust 2023-cü il tarixdə 14:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 03 may 2023-cü ildə doğulmuş X11 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 24 oktyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 70 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev əsli ilə düzdür Məhkəmənin sədri vəzifəsini Müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)-623/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏDƏN Çıxarış DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh X5 iştirakı ilə, Daşkəsən şəhərində 27 oktyabr 2023-cü ildə İddiaçı X1 cavabdeh X7 qarşı alimentin sabit pul məbləğində müəyyən edilərək cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 23 aprel 2014-cü idə doğulmuş X16 və 05 aprel 2016-cı ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 14 sentyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay cavabdeh X2 hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 ödənilsin. İddiaçı X1 ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh X2 alınıb iddiaçı X3 verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi 17. Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-133/2023 14 aprel 2023-cü il X27 Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 5 Surəti: X12 Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 5 Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)-133/2023 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: qətnamənin surəti – 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)-133/2023 İCRAVƏRƏQƏSİ Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)-133/2023 saylı qətnaməsi üzrə DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı X25 cavabdeh X12 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından 06 sentyabr 2014-cü ildə anadan olmuş X28, 04 iyul 2019-cu ildə anadan olmuş X34 və 04 fevral 2021-ci ildə anadan olmuş X39 cavabdeh X9 yanında saxlanılsın. 06 sentyabr 2014-cü ildə anadan olmuş X28, 04 iyul 2019-cu ildə anadan olmuş X34 və 04 fevral 2021-ci ildə anadan olmuş X29 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 06 sentyabr 2014-cü ildə anadan olmuş X28, 04 iyul 2019-cu ildə anadan olmuş X34 və 04 fevral 2021-ci ildə anadan olmuş X29 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 23 dekabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay iddiaçı X21 hər uşağa 80 (səksən) manat olmaqla, 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X12 verilsin. Гятнамя alimentə dair hissədə dərhal iъра едилсин. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 10-cu maddəsinə əsasən icra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtında verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu: X35, xx.xx.1991-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 5 Tələbkar: X18, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 5 İcra vərəqəsi 12 aprel 2023-cü il tarixdə verilmişdir. Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi 17 Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-133/2023 12 aprel 2023-cü il Daşkəsən rayon İcra və probasiya şöbəsinə Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(030)-133/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi - 01 vərəqə Qətanmənin surəti - 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)-161/2023 İCRAVƏRƏQƏSİ Daşkəsən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(030)-161/2023 saylı qətnaməsi üzrə DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh X17 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X4 ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 150 (bir yüz əlli) manat mediasiya xərcinin 75 (yetmiş beş) manatı cavabdeh X10 alınıb iddiaçı X6 verilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 10-cu maddəsinə əsasən icra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtında verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu: X13, xx.xx.1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri Nizami küçəsi ev 20 mənzil 8 Tələbkar: X22, xx.xx.1998-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri S.Vurğun küçəsi ev 6A mənzil 6 İcra vərəqəsi 03 aprel 2023-cü il tarixdə verilmişdir. Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi 17 Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-161/2023 03 aprel 2023-cü il Daşkəsən rayon İcra və probasiya şöbəsinə Daşkəsən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(030)-161/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi - 01 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17 Тelefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-161/2023 03 aprel 2023-cü il Daşkəsən rayon Qeydiyyat şöbəsinin rəisi cənab Ceyhun Qurbanova Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3–cü maddəsinin tələblərinə uyğun olaraq Daşkəsən Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(030)-161/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən Çıxarış məlumat və icra olunması üçün Sizə göndərilir. Qoşma: Qətnamədən Çıxarış – 01 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)–161/2023 Daşkəsən Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(030)–161/2023 nömrəli qətnaməsindən ÇİXARİŞ Azərbaycan Respublikası adından Qətnamə Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh X14 iştirakı ilə, İddiaçı X4 cavabdeh X17 qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı X13 ilə cavabdeh X22 arasında bağlanmış, 04 may 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1035 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulması haqqında akt qeydi aparılarkən X17 nikahdan əvvəlki “Cəfərzadə” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququ izah edilsin. Qətnamə 03 aprel 2023-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar