Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-689/2025 18.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 8(030)-90/2025 saylı qərardadı ilə Daşkəsən Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(030)-191/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 180 manat aliment məbləğinin indeksasiya edilərək 25 avqust 2025-ci il tarixdən hesablanmaqla, 29 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,52 (sıfır tam yüzdə əlli iki) misli həddində sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq, 29 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 140 manat (minimum əmək haqqının 0,35 misli) miqdarında aliment tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, hazırda ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir, əlavə gəlir və qazancı isə yoxdur. 29 yanvar 2018-ci il təvəllüdlü oğlu Elminin müalicəsi üçün çəkilmiş xərcin hissə-hissə ödənilməsinə dair öhdəlik götürmüşdür. Alimentin məbləği indeksasiya edilib artıldığı üçün azyaşlı uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də, alimentin miqdarının azaldılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, heç bir yerdə işləmir, əlavə gəlir və qazancı isə yoxdur. Əvvəl təyin edilmiş 180 manat məbləğində alimenti çətinliklə ödəyirdi. İndeksasiya edilərək artırılmış 208 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. Odur ki, hər ay 140 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, Daşkəsən Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 180 manat məbləğində təyin edilmişdir. Sonra isə məhkəmənin 03 sentyabr 2025-ci il tarixli qərardadı ilə aliment indeksasiya edilərək 208 manat olmuşdur. İddiaçının dediyi kimi hər ay 140 manat aliment olduqca azdır. Uşağın səhhətində ciddi problemlər olduğu üçün daimi müayinə və müalicəyə ehtiyacı vardır. Özü heç bir yerdə işləmədiyi üçün maddi imkansızlıqdan uşağın xərclərini ödəyə bilmir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-191/2024 saylı 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən hər ay cavabdeh İddiaçı 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 8(030)-90/2025 saylı qərardadı ilə Daşkəsən rayon Məhkəməsinin 2(030)-191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 29 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,52 (sıfır tam yüzdə əlli iki) misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 09 dekabr 2023-cü ildə Gəncə şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kiutabında 16 dekabr 2023-cü il tarixli 103 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edimiş surətindən görünür ki, X4 08 iyul 2025-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kiutabında 26 iyul 2025-ci il tarixli 39 nömrə ilə qeyd edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə görə, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-191/2024 saylı 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən hər ay cavabdeh İddiaçı 180 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş üzrə tərəflər qətnamədən apellyasiya şikayəti verməmişlər. Lakin, qətnamə çıxarıldığı tarixdən hazırkı vaxta qədər olan müddət ərzində İddiaçı maddi və fiziki vəziyyətində əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Görünüyü kimi aliment təyin olunan tarixə cavabdehin qazancı ilə cavabdehin hazırkı tarixə olan qazancı arasında əhəmiyyətli dərəcədə fərq yoxdur. Lakin, işin belə bir halı da mövcuddur ki, onun X6 ilə nikahından 09 dekabr 2023-cü ildə X5, 08 iyul 2025-ci ildə X4 doğulmuşdur. Göründüyü kimi iddiaçının aliment ödədiyi uşaqdan əlavə olaraq himayəsində iki azyaşlı uşağı da vardır. Beləliklə, qeyd olunanlara əsaslanaraq belə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən 180 manat sabit pul məbləğində müəyyən edilmiş, sonradan məhkəmənin 03 sentyabr 2025-ci il tarixlii qərardadı indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,52 misli həddinə uyğunlaşdırılmış aliment azaldılımaqla X1 üçün İddiaçı hər ay sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində aliment tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi kimi başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən 180 manat sabit pul məbləğində müəyyən edilmiş, sonradan məhkəmənin 03 sentyabr 2025-ci il tarixli qərardadı indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,52 misli həddinə müəyyən olunmuş alimentin məbləği azaldılmaqla İddiaçı hər ay qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-689/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-689/2025
18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver