Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-690/2025 23.12.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(030)-03/2025 saylı qərardadına əsasən ondan tutulmalı olan alimentin miqdarının azaldılaraq 22 may 2012-ci il təvəllüdlü Zamin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə nikahından 21 iyul 2013-cü ildə doğulmuş X4 iddiaçının, 22 may 2012-ci ildə doğulmuş X5 isə cavabdehin himayəsinə verilmişdir. Buna baxmayaraq hər iki uşağın maddi tələbatını iddiaçı tək ödəyir. Daşkəsən Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(030)- 03/2025 saylı qərardadı ilə alimentin miqdarı artırılaraq 22 may 2012-ci il təvəllüdlü Zamin saxlanılması üçün 176 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimenti ödəmək iqtidarında deyildir. Odur ki, hər ay 100 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, İddiaçı ilə birgə nikahından 22 may 2012-ci ildə doğulmuş X5 onun, 21 iyul 2013-cü ildə doğulmuş X4 isə atasının yanındadır. O, öz himayəsində olan uşaq üçün 176 manat aliment alır. O, birisi uşağa isə atası tək baxır. Alimentin miqdarının azaldılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınının etibarnamə üzrə nümayəndəsi və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-68/2024 saylı 25 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, 22 may 2012-ci ildə doğulmuş X5 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X4 isə İddiaçı yanında saxlanılmış, 22 may 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay İddiaçı aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-182/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21 iyul 2013-cü ildə X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 30 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla hər ay Cavabdeh ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1191/2025 saylı 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-182/2025 saylı 11 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 8(030)-3/2025 saylı qərardadı ilə Daşkəsən rayon Məhkəməsinin 2(030)-68/2024 saylı 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi və 22 may 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 (sıfır tam yüzdə qırx dörd) misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. İşə əlavə olunmuş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan göründüyü kimi İddiaçı "xxxx" MMC-də fəhlə işləyir və aylıq qazancı 440 manatdır. İşin hallarından göründüyü kimi Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulduqdan sonra onların hər birində bir uşaq qalmışdır. Nikahları pozularkən Cavabdeh aliment tələb etdiyindən həmin qətnamə ilə onun yanında saxlanılmış uşağa görə aliment təyin edilmişdir. Bundan sonra İddiaçı öhdəsində olan uşağa görə Cavabdeh aliment tələb etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər ay Cavabdeh ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə İddiaçı aylıq qazancı 440 manat təşkil edir. Məhkəmə qərarına əsasən öhdəsində olmayan 22 may 2022-ci il təvəllüdlü uşağa (22 may 2022-ci il təvəllüdlü Namazov Zamin) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli (176 manat) həddində aliment ödəmək öhdəliyini daşıyır. Öhdəsində olan 21 iyul 2013-cü ildə doğulmuş Namazov Zamiqə isə təkbaşına baxır. Mövcud vəziyyət iddiaçının himayəsində olan, 2013-cü ildə doğulmuş Namazov Zamiqin maddi vəziyyətinə mənfi təsiri göstərir. Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 8(030)-3/2025 saylı 13 fevral 2025-ci il tarixlii qərardadı ilə indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,44 misli həddinə uyğunlaşdırılmış aliment azaldılmaqla X1 üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində aliment tutularaq Cavabdeh verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarını 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 8(030)-3/2025 nömrəli 13 fevral 2025-ci il tarixlii qərardadı ilə indeksassiya edilməklə ölkə üzrə minimum əmək haqqının 0,44 misli həddinə uyğunlaşdırılmış aliment azaldılımaqla 22 may 2012-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-690/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-690/2025
23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver