Məhkəmə qərarları › İş №2(030)-727/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-727/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-727/2024 05.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh1nə qarşı aliment borcundan azad olma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Göygöl rayon Məhkəməsinin 527/2016 saylı 16 mart 2016-cı il tarixli icra sənədi üzrə yığılmış aliment borcunun tam şəkildə silinməsi, yəni həmin aliment borcundan tam şəkildə azad olunması barədə və Göygöl rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(066)-450/2021 saylı icra sənədi üzrə aliment borcunun 2024-cü ilin aprel ayınadək silinməsi, yəni həmin tarixədək olan aliment borcundan faktiki nikahda olmasına və ümumi birgə təsərrüfat aparmasına görə aliment borcundan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, cavabdeh X1 yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 ünvanıdır. Ona görə də, iş cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə aiddir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil mülki işin aiddiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2- ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.[78] Həmin Məcəllənin 45.2- ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Odur ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarına habelə, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 olduğuna görə hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 31, 35, 36, 44, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh1nə qarşı aliment borcundan azad olunma, aliment borcunun silinməsi və yığılmış aliment borcuna dair iş üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar