Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-740/2025 28.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2012-ci ildə doğulmuş X10, 07 aprel 2014-cü ildə doğulmuş X7 və 31 iyul 2025-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər uşağa 60 manat olmaqla, cəmi 180 manat məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2012-ci ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 20 oktyabr 2012-ci ildə Sara və 07 aprel 2014-cü ildə Elton adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların saxlanılmaqsı üçün cavabdehin gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir. Sonradan tərəflər barışıb bir yerdə yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə 31 iyul 2025-ci ildə Elxan adlı üçüncü uşaqları doğulmuşdur. Aralarında oaln narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Hazırda azyaşlı uşaqlar iddiaçının himayəsindədir. Cavabdeh uşağın maddi təminatı üçün heç bir maddi köməklik göstərmir. İddiaçı uşağı təkbaşına saxlamqda çərinlik çəkir. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 oktyabr 2012-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 10 noyabr 2012-ci il tarixdə 336 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 aprel 2014-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 15 aprel 2014-cü il tarixdə 95 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 31 iyul 2025-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 29 avqust 2025-ci il tarixdə 1967 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(030)-481/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Hüseynova (Abbasova) Sevinc Ədil qızı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Daşkəsən RİHB-nin Yuxarı Daşkəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı nikahdan əvvəlki “Abbasova” soyadını bərpa etmək hüququna malik olması, qətnamənin icrası Daşkəsən rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, boşanmadan sonra tərəflərin ümumi uşaqları – xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 iddiaçı Hüseynova (Abbasova) Sevinc Ədil qızının himayəsində qalması, xx.xx.2012-ci ildə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh əmək haqqının (qazancının və başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda aliment tutularaq iddiaçı Hüseynova (Abbasova) Sevinc Ədil qızına ödənilməsi davam etdirilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının Cavabdeh aliment tutulmasına dair hissəsinin icrasına xitam verilməsi, aliment tələbi üzrə Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 oktyabr 2025-ci il tarixli MŞG/1/MT007/2025-01330 nömrəli arayışdan görünür ki, İddiaçı “birgə rəsmi nikahdan dünyaya gələn övladlarının saxlanılması üçün hissə ilə qət edilmiş alimentin sabit məbləğə çevrilməsi və birgə qeyrirəsmi nikahdan dünyaya gəlmiş X1 üçün aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə 24 sentyabr 2025-ci il tarixdə poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 04 oktyabr 2025-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşə əlavə olunmuş 07 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh el adəti iləailə qurmuşlar. Birgə nikahlarından 20 oktyabr 2012-ci ildə X10 və 07 aprel 2014-cü ildə X7 doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli 2(030)-481/2017 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Sonradan tərəflər barışıb bir yerdə yaşamğa başlamış, birgə yaşadıqları dövrdə 31 iyul 2025-ci ildə X11 doğulmuşdur. Hazırda iddiaçı uşaqlarının saxlanılması üçün alimen təyin ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddələrinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2026-ci il üçün “Yaşayış minimumu haqqında” 9 dekabr 2025-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 20 oktyabr 2012-ci ildə doğulmuş X10, 07 aprel 2014-cü ildə doğulmuş X7 və 31 iyul 2025-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh hər uşağa 28 noyabr 2025-ci il tarixdən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,15 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, cavabdeh 04 oktyabr 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ödənilmiş 60 manat ilkin mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2160 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci bəəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 20 oktyabr 2012-ci ildə doğulmuş X10, 07 aprel 2014-cü ildə doğulmuş X7 və 31 iyul 2025-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh hər uşağa 28 noyabr 2025-ci il tarixdən başlayaraq ölkə üzrə minumum əmək haqqının 0,15 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 41,60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X12 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-740/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-740/2025
28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver