Məhkəmə qərarları › İş №2(030)-84/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-84/2024

19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-84/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 07 sentyabr 2023-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 26 oktyabr 2015-ci ildə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı 26 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2210 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikalarından 14 iyul 2016-cı ildə Tuncay və 13 noyabr 2020-ci ildə Tunar adlı iki uşaqları doğulmuşdur. Ailə qurandan sonra mehriban yaşasalar da, son zamanlar bir-birilərini başa düşə bilmədikləri üçün münasibətləri pozulmuşdur. Aralarında yaranmış əsassız söz-söhbətlər ailənin dağılmasına gətirib çıxarmışdır. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(030)-353/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X10 onun yanında saxlanılması və 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh ilə aralarında olan nikah pozulduqdan sonra bir uşağının da, olacağını öyrənmişdir. 07 sentyabr 2023-cü ildə Mirac adlı üçüncü uşaqları doğulmuşdur. Hazırda cavabdeh azyaşlı uşağın maddi təminatı üçün heç bir köməklik göstərmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(030)-353/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X3 Əlizadənin yanında saxlanılmış və 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün odan hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Gülnaz Əlizadəyə ödənilməsi qət edilmişdir. Boşandıqdan sonra 07 sentyabr 2023-cü ildə Mirac adlı üçüncü uşaqları doğulmuşdur. Uşağın saxlanılması üçün 100 manat məbləğində aliment təyin olunmasına etiraz etmir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(030)- 353/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında bağlanmış, 26 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2210 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən X4 nikahdan əvvəlki “Abbaszadə” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi, tərəflərin birgə nikahından 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X10 cavabdeh X2 yanında saxlanılması, 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 mart 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay iddiaçı Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı cavabdeh X4 verilməsi, iddiaçı Cavabdeh ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərci cavabdeh X1 tutulub iddiaçı Cavabdeh ödənilməsi, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X2 nikahı Daşkəsən Rayon Məhkəməsinin 2(030)-353/2023 saylı 07 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 19 sentyabr 2023-cü il taixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikhaın pozulması haqqında akt qeydləri kitabında 19 sentyabr 2023-cü il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 07 sentyabr 2023-cü ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 29 sentyabr 2023-cü il tarixdə 2401 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 may 2023-cü il tarixli MŞG/1/MT007/2023 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 18 oktyabr 2023-cü il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 19 sentyabr 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 18 oktyabr 2023-cü il tarixli BPM**********69 nömrəli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 56 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. İşin məhkəmə baxışında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 26 oktyabr 2015-ci ildə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı 26 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2210 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikalarından 14 iyul 2016-cı ildə X8 və 13 noyabr 2020-ci ildə X10 doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(030)-353/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında bağlanmış, 26 oktyabr 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2210 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X10 cavabdeh X2 yanında saxlanılması, 14 iyul 2016-cı ildə doğulmuş X8 və 13 noyabr 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 mart 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay iddiaçı Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı cavabdeh X4 verilməsi qət edilmişdir. Tərəflər boşandıqdan sonra 07 sentyabr 2023-cü ildə X11 doğulmuşdur. Hazırda İddiaçı 07 sentyabr 2023-cü ildə doğulmuş X6 maddi təminatı üçün 100 manat məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasım təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 07 sentyabr 2023-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 20 noyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 18 oktyabr 2023-cü il tarixdə 15:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 56 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 56 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 07 sentyabr 2023-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 20 noyabr 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 56 (əlli altı) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar