Məhkəmə qərarları › İş №2(030)-86/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-86/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-86/2023 22.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətanməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılaraq, 23 aprel 2020-ci ildə anadna olmuş X1 üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulub cavabdeh X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh ilə 2019-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 yanvar 2020-ci ildə 98 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 aprel 2020-ci ildə Renat adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 12 aprel 2020-ci ildə anadan olmuş X7 Cavabdeh yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək maddi təminatı hər ay onun əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub cavabdehə ödənilməsi qət edilmişdir. 2021-ci ildə əmək haqqı az olduğu üçün məhkəmə tərəfindən aliment əmək haqqının 1/3 hissəsi miqdarında təyin edilmişdir. O, Daşkəsən Rayon Məhkəmsində Aparıcı mütəxəssis -arxivçi vəzifəsində işləyir və 214 manat məbləğində aliment tutulduqdan sonra isə 434,52 manat məbləğində əmək haqqı alır. Hazırda onun "xxxx" ASC-nin Daşkəsən rayon filialına və "xxxx" ASC-yə kredit ödədiyi üçün maddi vəziyyəti çətinləşmişdir. Aliment onun əmək haqqının 1/3 hissəsini təşkil edir, bu isə qanunda nəzərdə tutulan hissədən artıqdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahataında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 2019-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 yanvar 2020-ci ildə 98 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 aprel 2020-ci ildə Renat adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, 12 aprel 2020-ci ildə anadan olmuş X7 maddi təminatı iddiaçının əmək haqqının 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir. Həmin vaxt İddiaçı əmək haqqı 330 manat təşkil etdiyi üçün, əmək haqqının 1/3 hissəsi miqdarda alimen təyin edilmişdir. Əmək haqqı artdıqdan sonra iddiaçı tərəfindən hər ay 203 manat məbləğində aliment ödənilir. Nəvəsi Renatın 3 yaşı 23 aprel 2023-cü il tarixdə tamam olacaqdır. Uşaq doğulandan problemlidir. Belə ki, uşağın dabanında köbələk xəstəliyi olmaqla, raxit keçirmiş, daim müalicə və masaj olur. Bunun üçün isə xeyli miqdarda vəsait tələb olunur. Verilən aliment isə uşağın dərmanları almaq üçün kifayət etmir. O və arvadı əlildir. Ona görə də, qızına və nəvəsinə kömək etməyə imkanları yoxdur. 2023-cü ildən ölkə üzrə uşaqlar üçün yaşayış minimum 220 manat təşkil edir. Uşaq körpə olduğu üçün cavabdeh heç bir yerdə işləyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 23 aprel 2020-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 06 may 2020-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 14 yanvar 2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 98 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən Cavabdeh nikahdan əvvəlki “Verdiyeva” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, tərəflərin birgə nikahından – 12 aprel 2020-ci ildə anadan olmuş X7 Cavabdeh yanında saxlanılmış, 23 aprel 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 iyun 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 28 noyabr 2022-ci il tarixli MSG1-06040 nömrəli arayışından görünür ki, İddiaçı “alimentin azaldılması və uşaqla görüş tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan tərəflər Cavabdeh mübahisə üzrə 28 noyabr 2022-ci il tarixdə saat 09:00-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə iddiaçının və cavabdeh nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2019-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 yanvar 2020-ci ildə 98 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 aprel 2020-ci ildə Renat adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 14 yanvar 2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 98 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən Cavabdeh nikahdan əvvəlki “Verdiyeva” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, tərəflərin birgə nikahından – 23 aprel 2020-ci ildə anadan olmuş X7 Cavabdeh yanında saxlanılmış, 23 aprel 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 iyun 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı uşağının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş üzrə göründüyü kimi, Daşkəsə Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsi ilə 23 aprel 2020-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 02 iyun 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı əmək haqqının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Maçanov X6 Rayon Məhkəmsində aparıcı mütəxəssis - arxivçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.1.2-ci maddəsinə görə, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə görə, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tululur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, 23 aprel 2020-ci ildə anadan olmuş X5 maddi təminatı üçün qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay ididaçı İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub Cavabdeh ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 28 noyabr 2022-ci il tarixdə 09:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 50 manat ilkin mediasiya cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(030)-259/2021 saylı qətnaməs ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. 23 aprel 2020-ci ildə anadan olmuş X5 maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub Cavabdeh ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar