Məhkəmə qərarları › İş №2(030)-96/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-96/2023

03.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-96/2023 03.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından 06 noyabr 2019-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, İddiaçı ilə Cavabdeh 26 yanvar 2019-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 06 noyabr 2019-cu ildə Ziya adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətlərinun uyğun gəlməməsi və ailəyə kənar müdaxilələr nəticəsində birlikdə yaşamaları mümkün olmamış, bu səbəbdən də tərəflər 2021-ci ilin dekabr ayından faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Uşağı azyaşlı olduğu üçün iddiaçı heç bir yerdə işləmir. Cavabdeh müddətdən artlq həqiqi hərbi qulluçu kimi orduda xidmət edir. Günün tələblərinə uyğun olaraq iddiaçı azyşalı uşağını saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul edərək, İddiaçı ilə Cavabdeh 26 yanvar 2019-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 06 noyabr 2019-cu ildə Ziya adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Cavabdeh müddətdən artlq həqiqi hərbi qulluçu kimi orduda xidmət edir. 06 noyabr 2019-cu ildə anadan olmuş X5 maddi təminatı üçün aliment təyin olunmasına etiraz etmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 06 noyabr 2019-cu Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 19 noyabr 2019-cu il tarixdə 193 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 06 noyabr 2019-cu İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 19 noyabr 2019-cu il tarixdə 73 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 noyabr 2022-ci il tarixli MŞG-05882 nömrəli arayışdan görünür ki, İddiaçı “aliment, qızıl, cehiz və yaşamaq hüququ tələbinə dair” mübahisə üzrə ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan tərəflər Cavabdeh və İddiaçı mübahisə üzrə 24 noyabr 2022-ci il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc ödənilmişdir. Məhkəmə tərəflərin etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 26 yanvar 2019-cu ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Faktiki nikahlarından 06 noyabr 2019-cu ildə X7 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq 2021-ci ilin dekabr ayından ayrılmışlar. Hazırda azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı 06 noyabr 2019-cu ildə X5 maddi təminatı üçün hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında təyin edilməsini xahiş etmiş, cavabdeh də iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment təyin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 06 noyabr 2019-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 24 noyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 24 noyabr 2022-ci il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etmişlər. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat məbləği cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 06 noyabr 2019-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 24 noyabr 2022-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Qoşma: icra vərəqəsi – 01 vərəqə Qətnamənin surəti - 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)–96/2023 İCRAVƏRƏQƏSİ Daşkəsən Rayon Məhkəməsinin 03 fevral 202-3cü il tarixli 2(030)-96/2023 saylı qətnaməsi üzrə DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh alınıb İddiaçı verilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 10-cu maddəsinə əsasən icra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtında verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu: Cavabdeh, xx.xx.1992-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Ünvanı: Daşkəsən rayonu Əmirvar kəndi Telefon: 055 *** ** ** *** *** ** ** Tələbkar: İddiaçı, xx.xx.2000-ci ildə Daşkəsən rayonu Gurbulaq kəndində anadan olmuş, Ünvanı: Daşkəsən rayonu Gurbulaq kəndi Telefon: 055 *** ** ** İcra vərəqəsi 15 mart 2023-cü il tarixdə verilmişdir. Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi 17. Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-96/2023 15 mart 2023-cü il Daşkəsən rayon İcra və probasiya şöbəsinə Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(030)-96/2023 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi – 01 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. [248]

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar