Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1057/2024 03.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona hesablanmış 3670 manat aliment borcunun ödənilməsindən azad edilməyi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(060)-2244/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 görə Cavabdeh aliment ödəməkdən azad edilməyi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ailəli olmuş və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017- ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun anaları Cavabdeh himayəsində saxlanılmaları və xx.xx.2017- ci il təvəllüdlü X2, xx.xx.2008- ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun yetkinlik yaşına qədər çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bildirir ki, övladı X7 10 iyun 2022-ci il tarixdən etibarən öz razılığı ilə onun himayəsində və yanında yaşamaqdadır. X13 Telman oğlu isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində onun himayəsində onunla birgə yaşamışdır. Bu barədə onun, qohumları və qonşularının iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, imzalar Çölquşçu İƏD üzrə nümayəndəlikdə təsdiq edilmişdir. Ona görə də Şabran rayon məhkəməsində iddia qaldıraraq xx.xx.2008-ci il təvəllüdlü X1 ana himayəsindən məhrum olduğu nəzərə alınaraq onun himayəsinə (ona) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran rayon məhkəməsinin 2(031)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2008- ci il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Qeyd etmək istəyir ki, X7 üçün 10 iyun 2022-ci il tarixdən hazırkı vaxtadək, X13 Telman oğlu üçün isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət üçün aliment borcu hesablanmamalıdır. Göründüyü kimi X7 2 il 4 aydır ki, onun himayəsində və yanında yaşayır. 2 il 4 ay üçün aliment pulu 3640 manat təşkil edir. Allahyarov Ayxan Telman oğlu isə 13 aydan çox onun himayəsində və yanında yaşamışdır. 13 ay üçün aliment pulu 1690 manat təşkil edir. Yəni, ümumilikdə 5330 manat. Belə ki, həmin aliment borcu övladları Nüsrət və Ayxanın yanında qaldıqları dövr ərzində, üzrlü səbəbdən yaranmışdır. Lakin, həmin əsassız borc məbləğinin bir hissəsi Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən tutulmuşdur. Belə ki, Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 9980 manat ödənilmiş və icra sənədi üzrə ödənilməmiş 3670 manat aliment borcu yaranmışdır. Ona görə də, 3670 manat aliment borcunu ödəməkdən azad edilməlidir. Üstəlik övladı Nüsrət onun yanında olduğundan o, X3 görə cavabdehə aliment ödəməkdən azad edilməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 2244/2021-ci il tarixli qətnaməsi ilə azyaşlı olan 3 uşaqları onun himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanılmasından ötrü qətnamə qəbul edilmişdir. Uşaqlar onun himayəsində olmuşdur. İddiaçı isə aliment pulunu ödəməmiş və yaxud da cüzi hissəsini ödəmişdir. Ona görə də onun aliment borcları yığılıb qalmışdır və hazırda da ödəməkdən imtina edir. Uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7 isə 09 avqust 2024-cü il tarixli, 2(031)- 246/2024 saylı Şabran rayon məhkəməsinin qətnaməsi ilə İddiaçı himayəsinə verilmişdir. Həmin vaxta qədər uşaqların hamısı onun himayəsində olmuşdur. Ona görə də hesab edir ki, 09 avqust 2024-cü il tarixli, 2(031)-246/2024 saylı Şabran rayon məhkəməsinin qətnaməsi qüvvəsini alana kimi İddiaçı alimentə olan bütün borclarını ödəməlidir. Digər tərəfdən iddiaçının ondan aliment tələb etməsini də qanunsuz hesab edir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Himayəsində olan azyaşlı uşaqları- Allahyarov Ayxan Telman oğlu 1-ci sinifdə təhsil alır. İddiaçı aliment ödəmədiyi və ya yetərincə ödəmədiyi üçün bütün tələbatlarını o, qarşılayır. Eyni zamanda uşaqları X2 ödənişli əsaslarla Bakı şəhəri Texnik Universitetində təhsil alır. İllik ödəniş pulunu faizə pul götürərək ödəmişdir. İddiaçının da uşağı olmasına baxmayaraq heç bir maddi yardım göstərməmişdir. Uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayırlar. Kirayə pulu, kommunal xərclər, uşaqların qidalanması, təhsili, istirahəti və ödənişləri hamısı onun öhtəsindədir. Belə bir vəziyyətdə iddiaçının ondan aliment tələb etməsini əsassız hesab edir. Xahiş edir, İddiaçı iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, İddiaçı övladı X7 atası İddiaçı himayəsində birgə yaşayırlar. Lakin hansı tarixdən atasının yanında qalması yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, İddiaçı ilə qonşuluqda yaşayır. X7 uzun müddətdir ki, atası İddiaçı himayəsində yaşayır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(031)-246/2024 saylı qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X7 ilkin iddia üzrə İddiaçı yanında saxlanılmış, qarşılıqlı iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı X2 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğluna münasibətdə artırılaraq, İddiaçı hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı X2 və xx.xx.2017-ci il təvəllüdlü Allahyarov Ayxan Telman oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 210 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı X13 Telman oğlu 05 aprel 2022-ci il tarixdən 28 may 2023-cü il tarixə kimi atası İddiaçı himayəsində birgə yaşamış və İddiaçı digər övladı X7 10 iyul 2022-ci il tarixdən hal-hazıradək atası İddiaçı himayəsində birgə yaşayırlar. Aktın doğruluğunu İddiaçı, E.Allahyarov, Z.Həşimov, F.Abdulov, Ə.Abdulov və Q.Allahyarova öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, borclu İddiaçı qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 9980 manat ödənilmiş və icra sənədi üzrə ödənilməmiş 3670 manat aliment borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Texniki Universitetinin İnformasiya tədris mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X2 Azərbaycan Texniki Universitetinin bakalavriat səviyyəsi üzrə X6 “Biznesin idarə edilməsi" ixtisasının ödənişli əsaslarla qiyabi təhsilin İ il 7224aq saylı qrup tələbəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt şəhər X12 tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Allahyarov Ayxan Telman oğlu Sumqayıt şəhər X12nın 1b sinfində təhsil alır. İş materiallarında olan Çölquşçu kənd orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 31 saylı arayışdan görünür ki, X7 həqiqətən 2022-2023, 2023-2024-cü tədris ilində Şabran rayonu Çölquşçu kənd tam orta məktəbin onuncu sinfində oxuyur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Kərimova Afaq Rzaqulu qızı ünvan 1 ünvanında uşaqları - 2007-ci il təvəllüdlü X2, 2017-ci il təvəllüdlü Allahverdiyev Ayxan Telman oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan X5 və X4 məhkəməyə ünvanladığı 18 noyabr 20224-cü il tarixli teleqramlarda qeyd edilmişdir ki, qonşuları İddiaçı tərəfindən Allahyarov Ayxan Telman oğlunun yanında saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixində akt tərtib olunmuşdur. Bildirmək istəyirlər ki, onlar həmin aktla razı deyillər. O, aktın mahiyyətini başa düşməmişlər. Onları aldadaraq imza etdiriblər. Xahiş edirlər, onlar aktda şahid qismindən çıxarılsınlar və imzaları etibarsız sayılsın. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahat verən şahidlərin izahatları mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, iclasda iştirak edən və akta imza atan şahidlər əvvəl məhkəməyə teleqram vuraraq aktla razı olmadıqlarını və həmin aktda qeyd edilənləri təsdiq etmədiklərini, sonra iclasa gəlib qeyri-müəyyən izahat vermişlər. Şahidlərin bildirdiklərinə görə onlar həm iddiaçı həm də cavabdeh tərəfindən təzyiqlərə məruz qalmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin şahidlərin izahatları mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarı müəyyən edilərkən, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, cavabdehin bir uşaq üçün ayda 235 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh bir uşaq üçün ayda sabit pul məbləğində 170 manat miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Aliment məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçının himayəsində olan uşağın yaşını və onun Şabran rayonunda yaşamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Şabran rayonu ərazisində yaşayan uşaqlarla müqayisədə Bakı, Sumqayıt və digər iri şəhərlərdə yaşayan uşaqların normal yaşaması üçün qiymətlər daha aşağıdır. İddianın aliment bolcunun silinməsi hissəsinə münasibət bildirərək hesab edir ki, məhkəmədə dindirilmiş şahidlər X5 və X4 məhkəməyə ünvanladığı 18 noyabr 2024-cü il tarixli teleqramlarda qeyd edilmişdir ki, qonşuları İddiaçı tərəfindən Allahyarov Ayxan Telman oğlunun yanında saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixdə tərtib edilən aktın mahiyyətini başa düşməmişlər, aktda şahid qismindən çıxarılmasını və imzaların etibarsız sayılmasını xahiş etmişlər. Göründüyü kimi şahidlər təzyiqə məruz qaldıqlarından müvafiq mübahisə üzrə sərbəst izahat vermək qabiliyyətində olmamışlar. Bu səbəbdən məhkəmədə həmin şahidlərin izahatları və müvafiq aktı mötəbər sübut kimi qəbul edə bilməz. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 10 oktyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbvaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)- 246/2024 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X1 atasının yanında saxlanılması müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment müvafiq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 40,40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1057/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1057/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver