Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1143/2023 28.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi il, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə Cavabdeh qarşı aliment tələbi barədə iddia qaldırmışdır. Hazırda öz aralarında razılıq əldə etmişlər. İddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-1143/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1143/2023
28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver