Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-123/2021 04.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh oğluna qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh və ailə üzvlərinə məxsus JN:00xx xxx 30406018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 2.366 ha torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 2004-cü ildə Cavabdeh özlərinə verilmiş pay torpaq sahəsinin bir hissəsini satmasını eşidərək həmin şəxslərlə görüşmüş, onların satmaq istədiyi həmin torpaq sahələrini almaq istədiyini bildirmişdir. Cavabdehin satmaq istədiyi torpaq sahəsi onların torpaq sahələrinin yaxınlığında olduğundan həmin torpaq sahələrini almaq istəmişdir. Cavabdehlə aralarında müqavilə bağlamaqla danışıb razılığa gəlmişlər və cavabdehlərə torpağın dəyərini ödəməklə X4 və ailəsinə məxsus 2.366 ha torpaq sahəsini almışlar. Torpaq sahəsinin satılmasına digər mülkiyyətçilər də razılıqlarını bildirmişlər. Sonradan mülkiyyətçilərdən Həzərpaşa Ramazanov vəfat etmişdir. Cavabdehin digər ailə üzvlərini həmin vaxt alqısatqı müqaviləsinin təsdiqlənməsi üçün notariat kontoruna dəvət etsə də, cavabdehlər bəhanələr gətirərək notariat kontorunda alqı-satqını rəsmiləşdirməkdən imtina etmişlər deyə bu barədə notariat qaydasında etibarnamə vermişlər. 2004-cü ildən aldığı torpaq sahəsi onun faktiki mülkiyyətində və istifadəsindədir. Cavabdehlə aralarında şifahi olaraq torpağın alqı-satqısı aparılmışdır, torpağın dəyərini ödəməklə torpaq sahəsi alınmışdır. Xahiş edir, Cavabdeh və ailə üzvlərinə məxsus JN:00xx xxx 30406018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 2.366 ha torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, atası X7 ilə birlikdə 2004-cü ilin əvvəllərində İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə Şabran rayonu Dəvəçi kəndində yerləşən ailələrinə məxsus 2.366 ha torpaq sahəsini iddiaçıya satmışlar. Bu barədə ailə üzvlərinin razılığı olmuşdur, sonradan İddiaçı adına etibarnamə də verilmişlər. Torpaq sahəsi həmin vaxtdan da iddiaçının istifadəsindədir. Lakin, bu vaxta kimi alqı-satqı rəsmiləşdirilməmişdir. Hazırda atası Həzərpaşa Ramazanov vəfat etmişdir. Şabran rayonu Dəvəçi kəndində yerləşən özünə və ailə üzvlərinə məxsus 2.366 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə etirazı yoxdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 354638 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxx 2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş AR-İ seriyalı 725201 saylı xx xxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, X5 (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına beş il müddətinə etibarnamə vermişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 725202 saylı xx xxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, Ramazanova Göyçək Həzərpaşa qızı (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına beş il müddətinə etibarnamə vermişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 725203 saylı xx xxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, X2 (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına beş il müddətinə etibarnamə vermişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 700830 saylı xx xxxx 2018-ci il tarixli Etibarnamədən görünür ki, Cavabdeh (etibar edən) Şabran rayonu Gəndov kənd sakinləri İddiaçı və X1 (etibar edilənlər) adına iki il müddətinə etibarnamə vermişdir. (etibarnamənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir) İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30406018 olan Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X9 xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən X3 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.20 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni xx xxxx 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2- ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehin və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin aralarında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir. Bundan sonra cavabdeh tərəf xüsusi mülkiyyətində olan torpaq sahəsini iddiaçının faktiki istifadəsinə vermiş və həmin torpaq sahəsinə aid olan mülkiyyət hüququnu tanıyan sənədin əslini iddiaçıya təqdim etmişlər. Mübahisə predmetinə aid olan, iddiaçının alqısatqı əqdinin etibarlı sayılmasını tələb etdiyi torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün cavabdehlər Notariat Kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmədikləri üçün torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır. İddiaçı notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermiş, cavabdehlər əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdır. Cavabdeh tərəf notariat kontoruna getməkdən yayındığına görə məhkəmə qərarı olmadan hazırki iddianın predmetinə aid olan torpaq sahəsi barəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılmasının başqa qaydada qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və ailə üzvlərinə məxsus JN:00xx xxx 30406018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan 2.366 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Dəvəçi rayonunun Təzəkənd kəndində (indiki Şabran rayonu Dəvəçi kəndi) yerləşən Cavabdeh və ailə üzvlərinə məxsus JN:00xx xxx 30406018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülk nömrəsi 86 K olan 2.366 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-123/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-123/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver