Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-125/2025 03.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Xayriddin qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Xayriddin qızının Cavabdeh qarşı "Məhkəmənin müəyyən etdiyi alimentin tutulma qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xayriddin qızı Cavabdeh qarşı "Məhkəmənin müəyyən etdiyi alimentin tutulma qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, aylıq əmək haqqısının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Xayriddin qızının xeyrinə ödənilməsinə dair Siyəzən rayon. Məhkəməsinin 2(059)- 263/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilsin, bundan sonra Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment və ilkin mediyasiya Sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat mediyasiya xərci tutularaq İddiaçı Xayriddin qızının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xayriddin qızı iddia tələbinin alimentin tutulma hissəsində həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 246 manat olmaqla ,cəmi 492 manat sabit pul məbləğində aliment və İlkin mediyasiya Sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat mediyasiya xərci tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xayriddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, iki uşağın saxlanılması üçün 300 manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayon, Məhkəməsinin 2(059)- 263/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh aylıq əmək haqqısının 1/3 üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı Xayriddin qızının xeyrinə ödənilməsi qət edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, artıq bu qərarın qəbul edilməsindən 11 il keçib və uşaqlar artıq böyüyüb, bununla da hazırda uşağların maddi vəsaitlə həll olunan sosial qayğıları, habelə təhsillərinə çəkilən xərclər artıb, nəticədə məhkəmə tərəfindən müəyyən olunan hazırda ödənilən alimentin məbləği, yəni cavabdehin qazancının 1/3 hissəsi miqdarında (hər uşağa 70 manat olmaqla, iki uşağa görə cəmi ayda 140 manat məbləğində) aliment tutulması “2024-cü ilə görə ölkə üzrə uşaqlar üçün müəyyən olunan 235 manat məbləğində yaşayış minimumdan hər uşağa münasibətdə 165 manat məbləğində aşağı olduğundan, bu baxımdan uşaqların maddi təminatları (qanunla qorunun manefeyləri) əhəmiyyətli dərəcədə pozulmuşdur. Beləliklə hazırda cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində, yəni hər uşağ 70 manat məbləğində ödənilən aliment pulu ilə uşağları yuxarıda qeyd edilən sosial təminatlarla əhatə olunmuş hədddə saxlamaq mümkün deyil, ona görə ki, məlum olduğu kimi hazırda "2024- ci ilin yaşayış minimum ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir”. Buradan məlum oldu ki, o, iki uşağa görə heç bir uşağa düşən yaşayış minimum həddində belə aliment almır. Bu səbəbdən hazırda aldığı aliment uşağların saxlanması xərclərini ödəmir və o, hazırda uşağları saxlamağda ciddi maddi çətinliklər çəkir. Ona görə də, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Xayriddin qızı məhkəmə iclasında iddiasını müdafiə edərək əlavə olaraq bildirdi ki, uşaqları saxlamaqda çətinlik çəkir, uşaqlar müəllim yanına gedirlər, ehtiyacları artmışdır. Xahiş edir, iki uşağın saxlanılması üçün 300 manat məbləğində aliment müəyyən edilsin. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, uşaqlarına aliment ödəməyə etiraz etmir, lakin imkanı çatdığı məbləğdə qızı X5 və oğlu X1 üçün əmək haqqından 250 manat alimentin tutularaq iddiaçıya verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İİ seriyalı 816000 saylı və AZ-İİ seriyalı 233833 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Maral vəxx.xx.2012-ci ildə İbrahim adlı uşaqları anadan olmuşdur. -Siyəzən Rayon Məhkəməsinin 14 avqust 2013-cü il tarixli 2(059)-263/13 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh 12 iyul 2013-cü il tarixdən başlayaraq, aylıq əmək haqqısının üçdə bir hissəsi miqdarında aliment tutularaq 13 sentyabr 2008-ci il təvəllüdlü X5 və 24 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən 13 sentyabr 2008-ci il təvəllüdlü X5 və 24 aprel 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı Xayriddin qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı Xayriddin qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-125/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-125/2025
03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver