Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-128/2025 27.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə dünyaya gələn xx.xx.2009-cu il tarixində X1, xx.xx.2013-cü il tarixində X4, xx.xx.2018-ci il tarixində X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü, cavabdehdən hər ay, hər uşaq üçün 250 manat ümumilikdə 750 manat sabit pul məbləğində alimentin və ödədiyi 110 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2003-cü il tarixində ailə həyatı qurmuşlar. Nikahları Dəvəçi (indiki Şabran) rayon Qeydiyyat şöbəsində 152 nömrə ilə qeyd edilmişdir və AZ-İ 072394 saylı "Nikah haqqında Şəhadətnamə" verilmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il tarixində X3, xx.xx.2013-cü il tarixində X6, xx.xx.2018ci il tarixində X5 anadan olmuşdur. 2024-cü ilin yay aylarında aralarında baş vermiş mübahisəyə görə, o, övladı ilə birlikdə valideyn evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra cavabdeh, Bakı - Şabran istiqamətində hərəkət edən taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, övladlarının saxlanılması üçün ona heç bir maddi yardım göstərməmişdir. Aliment tələbi ilə əlaqədar, o, Qusar 1 saylı mediasiya təşkilatına müraciət etmiş, 60 manatda xidmət haqqı ödəmişdir. Qusar 1 saylı mediasiya təşkilatı ona "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayış təqdim etmişdir. Ona görə də, alimentin alınması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 5 aydır ki, ayrılmışlar, uşaqlarla birlikdə valideynlərinin evində yaşayır. Bu 5 ay ərzində cavabdeh uşaqların saxlanılması üçün əlavə maddi yardım etməmişdir. O, xərçəng xəstəsidir, müalicə olunması üçün 20 000 manatdan çox pul xərclənmişdir, cavabdehin evində pul ola-ola onun müalicəsi üçün bir manat da olsa pul verməmişdir. O, iddia tələbinin tam olaraq təmin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, aliment ödəmək istəmir, uşaqlarının yanına qayıtmasını istəyir. O uşaqlarına yardım edir, hər gün uşaqlarını məktəbə aparıb-gətirir, gündəlik hər uşağa 1 manat pul verir. O, ailəsini dağıtmaq istəmir. Özü taksi fəaliyyəti ilə məşğul olur. Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İ seriyalı 072394 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 23 oktyabr 2003-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. -AZ-İİİ seriyalı 017178 saylı, AZ-İV seriyalı 075173 saylı və AZ-İİ seriyalı 349430 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixində Gülxanım, xx.xx.2013-cü il tarixində Səma, xx.xx.2018-ci il tarixində Nurulla anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2009-cu ildə X3, xx.xx.2013-cü ildə X6, xx.xx.2018-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X1, xx.xx.2013-cü ildə anadan olmuş X4, xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalı, eyni zamanda, Cavabdeh 110 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu ildə anadan olmuş X1, xx.xx.2013-cü ildə anadan olmuş X4, xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 110 (yüz on) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-128/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-128/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver