Məhkəmə qərarları › İş №2(031)-132/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-132/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-132/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: «xxxx» ASC-nin CAVABDEH: Cavabdeh qarşı 54.28 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 584.28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbi barədə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: «xxxx» ASC məhkəmədə iddia qaldıraraq 54.28 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 584.28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» ASC məhkəməyə məktubla müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» MMC ilə «xxxx» ASC arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Renault Tonday 90 Minik» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdə «Renault Tonday 90 Minik» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Moskva prospektində yol-nəqliyyat hadisəsi törətmiş və «İveco Urbanway» markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 54.28 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPB-dən ünvanlarına xx.xx.2018-ci il tarixli, İXP ******* saylı X1 Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPB-nin «xxxx» ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli, ***-*******18 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Xahiş edir, 54.28 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 584.28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsindən görünür ki, «xxxx» MMC ilə «xxxx» ASC arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Renault Tonday 90 Minik» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli 19-10281/10/AA-8276/19 saylı Sığorta Aktından görünür ki, «xxxx» ASC tərəfindən sığortalı «xxxx» MMC-nə 54.28 (əlli dörd manat 28 qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş dəymiş zərərin hesablanması haqqında xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, «xxxx» MMC-yə məxsus «İveco Urbanway» markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 54.28 manat məbləğində pul hesablanmışdır. İşə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli Sığorta Aktından görünür ki, «xxxx» ASC tərəfindən sığortalı «xxxx» MMC-yə 54.28 (əlli dörd manat 28 qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş TP ******* saylı X2 Haqqında qərardan görünür ki, xx.xx.2018-ci il tarixli, İXP ******* saylı X1 Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (…nəqliyyat vasitələrindən istifadə edilməsi…) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla (…nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd olunub ki, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.2. maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq məlak sığortası üzrə sığorta ödənişini vermiş sığotaçıya subqorasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi il əvə ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin, o cümlədən də nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 54.28 manat sığorta ödənişi məbləği, 500.00 manat işlərin görülməsi xərci və 30,00 manat dövlət rüsumu, cəmi 584.28 manat məbləğində pul vəsaiti tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 54.28 manat sığorta ödənişi məbləği, 500.00 manat işlərin görülməsi xərci və 30,00 manat dövlət rüsumu, cəmi 584.28 manat məbləğində pul vəsaiti tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar