Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1331/2025 18.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıTapdıq oğlu Cavabdeh qarşı " müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 8(031)-135/2025 saylı qərardadı ilə ondan Cavabdeh uşağın saxlanması üçün onun tərəfindən ödənilən alimentin miqdarının dəyişdirilərək 20 iyun 2014-cü il təvəllüdlü X1 üçün hər ayda 120 manat məbləğində aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 oktyabr 2013-cü ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan 20 iyun 2014- cü ildə Aylin adlı uşaqları olmuşdur. Xasiyyətləri uğun gəlmədiyindən ayrılmışlar. Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(031)-787/2014 saylı qətnaməsi ilə nikah pozulmuşdur. 20 iyun 2014-cü il təvəllüdlü X1 üçün ondan ayda 103 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi müəyyən edilmişdir. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 8(031)-135/2025 saylı qərardadı ilə 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay tutulan 103 manat sabit pul məbləğində aliment indeksasiya edilərək Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir, yəni təxminən 400 manat məbləğində. Onun həmin məbləğdə aliment ödəməyə imkanı yoxdur. O, yenidən ailə qurmuş, həmin qeyri-rəsmi nikahdan da iki uşağı olmuşdur- xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X6. Hələ Xətai rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə 03 iyul 2007-ci il təvəllüdlü X2 üçün X3 ödədiyi ayda 80 manat məbləğində alimentdən də borcu qalmaqdadır. Bundan əlavə cavabdeh Şabran Rayon Mərkəzi Xəstəxanasında işləyir və 600 manatdan artıq əmək haqqı alır. Ona görə də alimentin azaldılması barədə mediasiyaya müraciət etmiş, mediasiyada cavabdeh iştirak etmədiyindən ilkin mediasiya prosesi baş tutmamışdır, hazırda məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, uşaq xəstədir, uşağı tək başına saxlamaqda çətinlik çəkir, iddiaçının ödəyəcəyi aliment məbləğinə ehtiyacı var, xahiş edir iddia təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(031)-787/2014 saylı qətnaməsinə əsasən, 20 iyun 2014-cü ildə doğulmuş X1 üçün hər ayda 103 manat, məbləğində aliment cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025ci il tarixli 8(031)-135/2025 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(031)-787/2014 saylı qətnaməsinə əsasən 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 103 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmənin Plenum Qərarına əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edildiyinə, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli olduqlarına görə Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 8(031)-135/2025 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(031)- 787/2014 saylı qətnaməsinə əsasən 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 103 manat sabit pul məbləğində aliment indeksasiya edilərək İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı yüksək məbləğdə aliment tutulur, iddiaçı həmin məbləği ödəməkdə çətinlik çəkir. İddiaçı ikinci dəfə qeyri-rəsmi ailə qurmuş, həmin münasibətdən iki uşağı da olmuşdur. Eyni zamanda, CMS – “AZEMİS” Elektron məhkəmə İnformasiya Sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh Şabran Rayon Mərkəzi Xəstəxanasında kimyəvi analiz laborantı vəzifəsində işləyir, aylıq 696,70 manat əmək haqqı alır. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 8(031)-135/2025 saylı qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli, 2(031)-787/2014 saylı qətnaməsinə əsasən 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,98 misli həddində alimentin tutulması qaydası dəyişdirilməli, 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 8(031)-135/2025 saylı qərardadı ilə 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,98 misli həddində alimentin tutulması qaydası dəyişdirilsin. 20 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra hesablansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1331/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1331/2025
18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver