Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-19/2024 16.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı Pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq ondan qanunsuz tutulan 7794,97 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında işə baxılarkən Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlu bildirdi ki, hazırki iş üzrə İddiaçı Şabran rayon məhkəməsinə təqdim etdiyi ərizələri əsasında işə baxılmış və nəticəsindən aslı olaraq qərarlar qəbul edilmişdir. Bununla yanaşı, İddiaçı Şabran rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova və digər rəsmi orqanlara ünvanladığı 22 yanvar, 07 fevral, 11 fevral və 13 fevral 2019-cu il tarixli ərizələrində hakim Ç.İsgəndərovun Şabran rayon İcra və Probasiya Şöbəsinin rəisi Bəhlul Rəhimli ilə əlbir olduğunu, heç bir əsas olmadan həmişə B.Rəhimlini müdafiə etdiyini, ona qarşı isə qərəzli olduğunu, onun barəsində işə baxılarkən ədalətli qərar qəbul edilməsinə şübhə ilə yanaşdığını göstərmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı gələcəkdə onunla bağlı qəbul ediləcək qərara şübhələrin olmaması, məhkəmə hakimiyyətinə inamsızlığının aradan qaldırılması baxımından hakim Ç.İsgəndərov özü-özünə etiraz edərək işə başqa rayon məhkəməsində baxılmasını məqsəduyğun hesab edir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qeyd olunan ərizələri həqiqətən də o yazmışdır, həmin ərizələri indi də müdafiə edir, hakim Ç.İsgəndərov ona qarşı həmişə qərəzli olmuş, ədalətsiz qərarlar qəbul etmiş və hazırki işdə də cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin rəisi Bəhlul Rəhimlinin xeyrinə qərar qəbul edəcəkdir. Lakin onun qoca yaşında və xəstə olması səbəbindən işin başqa rayon məhkəməsində baxılmasına etiraz edir. Azərbaycan Respublikası MPM-nin 21-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Azərbaycan Respublikası MPM-nin 22-ci maddəsinin 6-cı hissəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 23-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun özü-özünə etdiyi etiraz baxılıb həll edilməsi üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 22.5., 263-264 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı pul tələbi barədə mülki iş üzrə Şabran rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun özüözünə etdiyi etiraz baxılıb həll edilməsi üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-19/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-19/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver