Məhkəmə qərarları › İş №2(031)-192/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-192/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-192/2023 23.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Nümayəndə və vəkil: X4 Cavabdeh: Cavabdeh qarşı Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvvəllüdlü X1 və xx.xx.2013-cü il təvvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaqa 220 manat məbləğində cəmi 440 manat aliment və rüsum olaraq ödənilmiş 50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2005-ci il tarixində bağlanmış nikah Şabran rayon Məhkəməsinin 2(031)-353/2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozulduğdan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təv. X2, xx.xx.2011-ci il təv. X1 və xx.xx.2013-cü il təv.X3 yaşayış yeri anası İddiaçı yanında və himayəsində qalması qət olumuşdur. Lakin aralarında nikah Məhkəmə qaydasında pozulduğdan sonra, cavabdehin ciddi təhkidi ilə guya zərərli vərdişlərindən əl çəkəcəyini bildirmiş və onlar yenidən nikahsız bir ailədə hələ nikah dövründə birlikdə gəlin gəldiyi evdən xeyli aralıda tikdiyləri 3 otaqlı mənzildə yaşamağa başladığlarından cavabdehdən aliment tutulmasına ehtiyac qalmamışdır. Habelə bundan əlavə nikahın pozulması ilə gedən məhkəmə iclasında cavabdeh ona təklif etmişdir ki, alimentdən imtina elə, əvəzində birgə tikdiyləri 3 otağlı evi sənə verəcəyik uşaqlarla birlikdə yaşayarsan. Beləliklə, həm bu təklifə, həm də artıq birlikdə yaşadığlarına görə o, cavabdehdən nikahları pozulan zaman aliment tələb etməmişdir. Lakin cavabdeh zərərli vərdişlərindən əl çəkmədiyindən o, məcbur qalıb onu 2 ildən sonra, yəni 2020-ci iln mart aynın 1-də tərk edib Siyəzən şəhərinə atasının evinə gəlmiş və o, vaxtdan hal-hazıra kimi xx.xx.2006-cı il təv.X5 cavadehin vaildeyinlərinin himayəsində, xx.xx.2011-ci il təv. X6 və xx.xx.2013- cü il təv.X7 isə onunla birlikdə atasına məxsus Siyəzəndə yerləşən evdə vaşavırlar. Beləliklə, cavabdeh xx.xx.2020-ci il tarixindən uşalara maddi köməklik göstərmir və onları maddi cəhətdən saxlanmaqdan qəsdən boyun qaçırır. Baxmayaraq ki, cavabdeh kifayət məbləğdə aylıq maddi qazanca malikdir. Xahiş edir, Cavabdeh, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvvəllüdlü X1 və xx.xx.2013-cü il təvvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaqa 220 manat məbləğində cəmi 440 manat aliment və rüsum olaraq ödənilmiş 50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, uşaqlardan ikisi İddiaçı yanında qalmışdır. İddiaçı Quşçuluq fabrikində işləyir. Əldə etdiyi gəlirlə uşaqları saxlamaqda çətinlik çəkir, cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etmir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ilə 20 aprel 2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 15 dekabr 2006-cı ildə Şükran, 08 sentyabr 2011- ci ildə Fatimə və 08 may 2013-cü ildə Rəhim adlı uşaqları olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün həmişə aralarında münaqişə və mübahisələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar. Şabran rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmişdir. Lakin sonradan barışdıqları üçün bir müddət bir yerdə yaşamışlar, hal-hazrda yenidən ailə münasibətləri pozulmuş, uşaqlardan biri onun yanında, iki uşaq isə iddiaçının yanında qalmışdır. O, fərdi əməklə məşğul olur. İki uşağın saxlanması üçün 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. İddiaçı özü Quşçuluq fabrikində işləyr, aylıq 500-600 manat qazancı olur. Aliment müəyyən edilərkən uşaqlardan birinin onun himayəsində qalmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2005-ci ildə Dəvəçi rayon İHB-nın Əmirxanlı İƏV-də bağlanmış 03 saylı nikahları pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 15 dekabr 2006-cı ildə doğulmuş X5, 08 sentyabr 2011-ci ildə doğulmuş X6 və 08 may 2013-cü ildə doğulmuş X8 İddiaçı yanında qalması qət edilmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarındhan 08 sentyabr 2011-ci ildə Fatimə və 08 may 2013-cü ildə Rəhim adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər 20 aprel 2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 15 dekabr 2006-cı ildə Şükran, 08 sentyabr 2011-ci ildə Fatimə və 08 may 2013-cü ildə Rəhim adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə aralarında mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, Şabran rayon məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Hazırda uşaqlardan 15 dekabr 2006-cı il təvəllüdlü X5 cavabdehin, 08 sentyabr 2011-ci il təvəllüdlü X6 və 08 may 2013-cü il təvəllüdlü X8 isə iddiaçının yanında yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik etmir, iddiaçı uşaqları saxlamaqda çətinlik çəkir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvvəllüdlü X1 və xx.xx.2013-cü il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11 yanvar 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvvəllüdlü X1 və xx.xx.2013-cü il təvvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar