Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-34/2023 31.07.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı Özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb edilməsi və tiklilərin cavabdehin hesabına sökülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuqsuz sahibliyindən torpaq sahəsinin geri qaytarılması və tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabran rayon notariusunun xx.xx.2021ci il tarixli 141 nömrəli Şəhadətnaməsi və qanun üzrə vərəsəlik hüququ haqqında 2v-302 nömrəli Şəhadətnaməsi əsasında ona Şabran rayonu 'Kiİvar kəndində vərəsəlik kimi 0,0769 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixində həmin torpaq sahəsinə ƏMDK-nın yanında DƏDRX-dan hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********28 reyestr nömrəli çıxarış almışdır. Torpaq sahəsi digər qonşular tərəfindən zəbt edildiyinə görə, o, torpaq sahəmin geri qaytarılmasına köməklik edilməsi barədə Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət etmişdir. Onlar da müraciətini aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin nəzdində olan ƏMDX-ya göndərmişlər. ƏMDX-nın rəis müavininin xx.xx.2022-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, müraciətlə bağlı ƏMDX-nın Xaçmaz ərazi şöbəsinin işçiləri tərəfindən araşdırma aparılan zaman Şabran rayonu Kilvar kəndi ərazisində çıxarışla mülkiyyətində olan 0,0769 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin xidmətin mütəxəssisləri tərəfindən 2021-ci ildə yerində ona tanıdıldığı müəyyən edilmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin 65,5 kv.nm hissəsində qonşu mülkiyyətçi tərəfindən əvvəlki illərdə qeyri qanuni inşa edilmiş fərdi yaşayış evinin bir hissəsinin və 16,6 kv.m hissəsində digər qonşu mülkiyyətçi tərəfindən əvvəlki illərdə inşa edilmiş yardımçı tikilinin yerləşdiyi də aşkar olunmuşdur. İnzibati xəta halına yol vermiş hər iki vətəndaş barəsində 2019- cu ildə kənd təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiklərinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati cərimə tətbiq olunmuşdur. Məktubun sonunda ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığından, qeyd etdiyi məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi məqsədəuyğun sayılır. Onun torpaq sahəsinin 0,0150 hissəsini Cavabdeh2, qalan hissəsini Cavabdeh1 zəbt etmişlər. Hər ikisi mişar daşı ilə onun ərazində tikililər tikmişlər və sahəsini çəpərləmişlər. Xahiş edir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaquqsuz sahibliyindən torpaq sahəsinin geri qaytarılması və tiklilərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə 0.153803 ha torpaq sahəsi verilmişdir. O, öz torpaq sahəsindən istifadə edir. İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən həyat yoldaşı X2 mülkiyyətinə 0.1 ha torpaq sahəsi verilmişdir. O, öz torpaq sahəsindən istifadə edir. İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə 0.0769 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Zeyvə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 156 saylı arayışdan görünür ki, X1 rayonu Kilvar kəndində mövsümi olaraq yaşayır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X2 mülkiyyətinə 0.1 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş İV-JQ seriyalı 262901 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 20 sentyabr 1992-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə 0.153803 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0769 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X4 tərəfindən zəbt edilməmişdir. Mübahisəli ərazinin araşdırılması zamanı məlum oldu ki, iddiçı İddiaçı iddia etdiyi torpaq sahələri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0769 ha torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Lakin mübahisəli əraziyə dair mütəxəssis tərəfindən hazırlanan rəy çıxarışın koordinatları ilə deyil, çıxarışın verilməsinə əsas olan torpaqların aqrar islahatı zamanı vətəndaların mülkiyyətinə verilmiş Dövlət Aktının yerləşdiyi yerin elektron baza və arxiv məlumatlarındakı koordiatlara əsasən dəqiqləşdirilərək hazırlanmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 10/2921 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0769 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X4 tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 zəbt edilməsini bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzi tərəfidən verilmiş 25 iyun 2023-cü il tarixli 10/2921 saylı ekspert rəyindən də görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.0769 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X4 tərəfindən zəbt edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb edilməsi və tiklilərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb edilməsi və tiklilərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-34/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-34/2023
31.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver