Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-372/2023 11.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Qaz və işıq borclarının ödənilməsi cavabdehin öhdəsinə qoyulması və torpaq sahəsinin 2/1 hissəsinə pay hüququnun tanınması tələbi barədə iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : Vəliyeva X1 Mirzəli Əli oğluna qarşı qaz və işıq borclarının ödənilməsi cavabdehin öhdəsinə qoyulması və torpaq sahəsinin 2/1 hissəsinə pay hüququnun tanınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, İddiaçı iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ər-arvadın birgə nikah dövründə qazandıqları əmlakın bölgüsü ilə məhkəmədə iddia qaldırılmazdan əvvəl mediasiyaya müraciət olunmalı, mediasiya prosesində iştirakı barədə iddiaya sənəd əlavə olunmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli olduğu halda bunu etəmmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən belə olan halda iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 - 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qaz və işıq borclarının ödənilməsi cavabdehin öhdəsinə qoyulması və torpaq sahəsinin 2/1 hissəsinə pay hüququnun tanınması tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X2 Səhmdar Cəmiyyəti vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-372/2023
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-372/2023
11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver