Məhkəmə qərarları › İş №2(031)-375/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-375/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-375/2021 03.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Torpaq sahəsi üzərində istifadə hüququnun tanınması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Şabran rayonu, Gilavar kəndində yerləşən Daşınmaz əmlakın Dövlət reyestrindən Dövlət qeydiyyatı haqqında 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarış verilmiş fərdi yaşayış evinə yaxın (bitişik) Pirəbədil bələdiyyəsindən Cavabdeh adına icarə müqaviləsi əsasında birgə nikah dövründə əldə etdikləri 12 ha (sot) torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 16.12.1989-cu il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdur. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(005)-791/2020 saylı qətnaməsi ilə onunla cavabdeh arasında 16 dekabr 1989-cu ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1273 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə Şabran rayonu, Gilavar kəndi ərazisində Pirəbədil Bələdiyyəsindən icarə hüququ əsasında Cavabdeh adına 12 ha torpaq sahəsi əldə etmişlər. Hal-hazırda qeyd olunan 12 ha torpaq sahəsi üzərində istifadəsinə cavabdeh maneçilik yaradır. Gilavar kəndi ərazisində yerləşən torpaq sahəsi birgə nikah dövründə icarə hüququ əsasında əldə olduğu üçün onun 12 ha torpaq sahəsinin ½ hissə üzərində istifadə hüququ tanınmalıdır. Birgə nikah dövründə əldə etdikləri Şabran rayonu, Gilavar kəndində yerləşən fərdi yaşayış evinə yaxın (bitişik) Pirəbədil bələdiyyəsindən icarə müqaviləsi əsasında əldə olunmuş 12 sot torpaq sahəsi bağ kimi istifadələrində olmuşdur. Birgə nikah dövründə Şabran rayonu, Kilavar kəndi ərazisində cavabdehin adına 0.10 ha torpaq sahəsi alaraq həmin torpaq sahəsində vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Həmin yaşayış evinə dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarış verilmişdir. Xahiş edir, Şabran rayonu, Gilavar kəndində yerləşən Daşınmaz əmlakın Dövlət reyestrindən Dövlət qeydiyyatı haqqında 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarış verilmiş fərdi yaşayış evinə yaxın (bitişi) Pirəbədil bələdiyyəsindən Cavabdeh adına icarə müqaviləsi əsasında birgə nikah dövründə əldə etdikləri 12 ha (sot) torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı istifadə hüququnun tanınması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı ilə 16.12.1989-cu il tarixdə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikah dövründə Şabran rayonu, Kilvar kəndi ərazisində cavabdehin adına 0.10 ha torpaq sahəsi alaraq həmin torpaq sahəsində vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Həmin yaşayış evinə dair İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.08.2012-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(005)-791/2020 saylı qətnaməsi ilə onunla İddiaçı arasında 16 dekabr 1989-cu ildə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1273 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. Şabran rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(031)-653/2020 saylı qətnaməsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlt reyestrindən 25.08.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evi paylara bölünərək ilk iddia üzrə iddiaçı Cavabdeh payı 1/2 hissə olaraq müəyyən edilmiş və həmin evin Cavabdeh aid 1/2 hissəsi cavabdeh İddiaçı qanunsuz sahibliyindən Cavabdeh geri qaytarılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən X1 adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinə qarşılıqlı iddia üzrə İddiaçı payı 1/2 hissə olaraq müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MKnın 03 mart 2021-ci il tarixli 2(105)-893/2021 saylı qətnaməsinə əsasən İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şabran rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(031)- 653/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi onların istifadəsində olsa da, zəbt olunmuş torpaq sahəsi kimi gedir. Torpaqdan istifadəyə görə əmlak vergisi ödəyirlər, onun adına torpaq sahəsi yoxdur. Bu səbəbdən də iddianı əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli 2(005)-791/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X2 arasında 16 dekabr 1989-cu ildə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1273 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(031)- 653/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə etdikləri, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlt reyestrindən 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən X1 adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinin bölünüb payının ½ hissə olaraq müəyyən edilməsi və həmin evin ona aid ½ hissəsinin cavabdeh X1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Kilvar kəndi ərazisində adına olan 0.10 ha torpaq sahəsi və üzərində tikilmiş adına ********** nömrə ilə qeydiyyatdan keçmiş, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evi 2/3 hissədə onun pay hüququnun müəyyən edilməsi, Cavabdeh adına dövlət qeydiyyatından keçmiş Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinə yaxın bitişik 12 sot torpaq sahəsinin 2/3 hissədə onun pay hüququ, Cavabdeh adına DYP-də qeydiyyatdan keçmiş avtomobili müəyyən edilməklə ½ hissədə pay hüququ barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnaməyə əsasən ilkin iddia təmin edilmiş, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinə qarşılıqlı iddia üzrə İddiaçı payı 1/2 hissə olaraq müəyyən edilməklə qarşılıqlı iddiası qismən təmin edilmiş, Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinə yaxın bitişik 12 sot torpaq sahəsinin 2/3 hissədə onun pay hüququnun müəyyən edilməsi hissəsində iddiası əsassız olduğundan təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03 mart 2021-ci il tarixli 2(105)-893/2021 saylı qətnaməsinə əsasən apelyasiya şkayəti təmin edilməmiş, Şabran rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(031)-653/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələrdən görünür ki, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsində Cavabdeh adına qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3. maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mübahisələndirdiy torpaq sahəsi tərəflərdən heç birinin adına DƏDRX-də qeydiyyata alınmamış, eləcə də, həmin torpaq sahəsi ilə bağlı mübahisəyə tərəflərin iştirakı ilə məhkəmədə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Məhkəmə tərəflərə əlavə sübutlar təqdim etməyi təklif etməsinə baxmayaraq, tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar