Məhkəmə qərarları › İş №2(031)-383/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-383/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-383/2021 28.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Aliment tələbi barədə mülki işə 28 aprel 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 12.09.2007-ci il təvəllüdlü X3 və 17.03.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində səhfən öz soyadı Məmmədova əvəzinə Sultanova, 17 mart 2011-ci il təvəllüdlü qızının adı və ata adı Bahar Ruslan qızı yerinə Surə Fərhad qızı qeyd edilmişdir. Xahiş edir, nəzərə alınsın. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Şabran rayon məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(031)-327/2019 saylı qətnaməsi ilə cavabdehlə olan nikahlarının pozulması və birgə nikahdan olan övladları X3 və X1 üçün hər uşağa görə 100 manat məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Cavabdeh müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən də 2400 manat ona aliment borcu yaranmışdır. Onlar aralarında razılığa gəlmişlər, o, alimentdən imtina etmişdir. Lakin, cavabdeh razılaşmaya əməl etməmişdir. O, uşaqları ilə birlikdə kirayədə yaşayır. Qadın salonunda işləyir, əldə etdiyi gəlirlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması heç bir maddi və mənəvi köməklik etmir. Hazırda 2021ci il üçün uşaqların yaşayış minimumu 175 manat müəyyən edilmişdir. Məhz bu səbəbdən hesab edir ki, cavabdehdən hər uşağa görə 175 manat məbləğində aliment tutulmalıdır. Xahiş edir, 12.09.2007-ci il təvəllüdlü X3 və 17.03.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 175 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ərarvad münasibətindən 12 sentyabr 2007-ci ildə İlkin və 17 mart 2011-ci ildə Bahar adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar. Uşaq iddiaçının himayəsində qalmışdır. Şabran rayon məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(031)-327/2019 saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah pozulmuş, uşaqlar iddiaçının yanında qalmış, ondan hər uşaq üçün 100 manat məbləğində alimentin tutulub iddiaçıya verilməsi müəyyən edilmişdir. İddiaçı ilə aralarında razılığı gəldikləri üçün iddiaçı alimentdən imtina etmişdir. Hazırda iddiaçı yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. O, heç yerdə işləmir, başqa qazanc yeri də yoxdur. Arada fəhləlik edərək qazanc əldə edir. Himayəsində xəstə anası vardır. Xəstə anasına da özü qulluq göstərir. O, uşaqların saxlanılması üçün 100 manat məbləğində aliment ödəyə bilər, ondan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin 04 iyul 2019-cu il tarixli 2(031)-327/2019 saylı icra vərəqəsindən görünür ki, boşanmadan sonra 12.09.2007-ci il təvəllüdlü X7 və 17.03.2011-ci il təvəllüdlü X6 anaları X4 yanında qalması, Cavabdeh 11.02.2019-cu il tarixdən başlayaraq hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutularaq 12.09.2007-ci il tvəllüdlü X3 və 17.03.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçı X5 verilməsi qət edilmişdir. İşə əlvə edilmiş Sultanova (Məmmədova) Surə Fərhad qızının şabran rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Sultanova (Məmmədova) X8 rayon məhkəməsinin 2(031)-327/2019 saylı 04.07.2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş AZE seriyalı 12713828 saylı və AZE seriyalı 12713809 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12 sentyabr 2007-ci ildə İlkin və 17 mart 2011-ci ildə Bahar adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ərarvad münasibətindən 12 sentyabr 2007-ci ildə İlkin və 17 mart 2011-ci ildə Bahar adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ərarvad münasibətləri kəsilmişdir. Uşaqlar iddiaçının himayəsində qalmışdır. Şabran rayon məhkəməsinin 04 iyul 2019-cu il tarixli 2(031)-327/2019 saylı qətnaməsinə əsasən, tərəflərin arasında bağlanmış rəsmi nikah pozulmuş, uşaqlar ananın yanında qalmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 100 manat aliment müəyyən edilmişdir. Lakin sonradan tərəflər arasında razılıq olduğu üçün aliment işinin icraatına xitam verilmişdir. Hazırda iddiaçı yenidən aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkir, iddiaçının cavabdehin ödədiyi alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 aprel 2021-ci il tarixdən başlayaraq 12 sentyabr 2007-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 aprel 2021-ci il tarixdən başlayaraq 12 sentyabr 2007-ci il təvəllüdlü X3 və 17 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar