Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-405/2024 23.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi; Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi; İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənəvi zərərin tutulması" tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Şabran Rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənəvi zərərə görə 6600 manat pulun və 87 manat dövlət rüsumunun, cəmi 6687 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "mənəvi zərərin tutulması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək onun şərəf və ləyaqətini alçaldan və onu fiziki və mənəvi iztirablara məruz qoyan cavabdeh İddiaçı 10000 manat məbləğində ona dəymiş mənəvi zərərin əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tələbə yoldaşı olmuşdur. Cavabdeh onu Azərsu ASC-nin Xızı rayon su kanal idarəsində labarant vəzifəsinə işə düzəldəcəyini bildirmiş və bunun üçün 1500 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. O, da Cavabdeh 1400 manat məbləğində pul vermiş, 100 manatı da, sənədləşmə vaxtı verəcəyini bildirmişdir. O, işə düzəlmək üçün imtahandan və müsabiqələrdən keçmiş, lakin bir müddət sonra ona zəng gəlmişdir ki, işi alınmamışdır. Səbəbi barədə konkret bir söz deməmişlər. Bundan sonra o, Muradla danışmış və işinin alınmadığını bilmişdir. Murad da ona pulu qaytara biləcəyini demişdir. O, Murada bildirmişdir ki, pulu faizə götürdüyünə görə ona faizi ilə birlikdə 2500 manat ziyan dəymiş, o, 7-8 ay işləmədiyinə görə əlavə olaraq 5000 manat mənəvi-psixoloji zərərə görə təzminat pul istəmişdir. Murad ona 2500 manat verə biləcəyini demişdir. Lakin o, 2500 manatla razı olmamış və bundan sonra polisə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 28 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir. Onun cavabdehə pul köçürməyini whatsapp yazışmaları və "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərar təsdiq edir. Həmin qərarda Cavabdeh ondan 1500 manat pul aldığını etiraf etmişdir. Cavabdeh hərəkəti nəticəsində mənəvipsixoloji sarsıntı keçirmişdir. Uzun müddət əsəb gərginliyi şəraitində 8 aydan artıq işsiz qalmışdır. Ona dəymiş maddi və mənəvi zərərə görə cavabdehdən 8000 manat pul istəmişdir. Lakin cavabdeh cəmi 1400 manat pul ona qaytarmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında olan mübahisə zəminində Sumqayıt ŞPİ-yə onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-də tərəflər dinlənilmiş, izahatları alınmış və xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin əsassız olduğu və işdə cinayət tərkibi olmadığından rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən iddiaçının yenidən mülki qaydada verdiyi “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıdan aldığı 1400 manatı ona qaytarmışdır. Lakin o, əsassız olaraq ondan faizlə kimliyi bəlli olmayan şəxsdən pul götürdüyünü və 6600 manatı tələb edir. İddiaçı, əsassız olaraq onun hərbi xidmətdən yayınması barədə aidiyyəti orqanlara şikayət etmişdir. Dəfələrlə məndən əsassız yerə borcunu qaytarmağı tələb edib. Mən ona olan borcunu qaytardığını bildirsə də, o heç bir fakta söykənməyən, kiminsə şahidliyi ilə təsdiqlənməyən faizlə götürdüyünə görə 2500 manat borc yarandığını təkidlə israr edib. Həmçinin guya 7-8 ay onun ucbatından işləmədiyinə görə 5000 manat borcun yarandığını hər dəfə bildirirdi. Bu zəmində o onu təhdid edərkən evdə anası bu söhbətlərini eşidib və səhhətində çox ciddi problemlər yaranmışdır. Bütün bu olaylar əsasında ailələrində yaşayışları dözülməz həddə çatmışdır. Hesab edir ki, onun şərəf və ləyaqətini alçaldan və onu fiziki və mənəvi iztirablara məruz qoyan cavabdeh İddiaçı 10000 manat məbləğində ona dəymiş mənəvi zərərin əvəzi tutularaq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında olan mübahisə zəminində Sumqayıt ŞPİ-nə onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-də tərəflər dinlənilmiş, izahatları alınmış və xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin əsassız olduğu və işdə cinayət tərkibi olmadığından rədd edilməsi barədə qərar çıxarılmışdır. Bu səbəbdən iddiaçının yenidən mülki qaydada verdiyi “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsinə etiraz edir. İddiaçı “mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçının işə düzəldəcəyi müqabilində 1400 manat məbləğində pul vəsaitinin aldığını etiraf etmiş, lakin həmin vəsaitin polis orqanlarında araşdırma aparıldığı dövrdə qaytardığını bildirərək, ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 28 noyabr 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərarına əsasən toplanmış material üzrə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 87 manat dövlət rüsümu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 120 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərəin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı dəymiş mənəzi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı işə düzəltmək adı ilə 1400 manat məbləğində pul almışdır. İlkin iddia üzrə Cavabdeh özünün də etiraf etdiyi kimi həmin punu ilkin iddia üzrə İddiaçı geri qaytarmışdır. Lakin o, uzun müddət həmin pulu özündə saxlamış, nəticədə İddiaçı uzun müddət işsiz qalmış və mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh 500 manat mənəvi zərər qismində tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, Cavabdeh məhkəmədə fiziki sarsıntı keçirdiyinə dair sübut təqdim edə bilməmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-405/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-405/2024
23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver