Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-441/2024 25.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş ərizə üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 10:45ə təyin edilmiş, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmişlər və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı və Cavabdeh işə onların iştirakı olmadan baxılmasını xahiş etməmələri və məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldıqlarına baxmayaraq məhkəmə iclasına gəlməmələri səbəblərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın.İddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçının özünə qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-441/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-441/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver