Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-442/2021 17.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh oğluna qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə 17 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh arasında Torpağa Mülkiyyət Hüququna dair JN 805 KOD 30401004 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, cavabdeh Cavabdeh ilə danışıb razılığa gəlməklə 2005-ci ilin əvvəllərində JN 805 KOD 30401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsini pulunu ödəməklə almışdır. Razılaşma zamanı cavabdeh öhdəsinə götürmüşdür ki, torpaq sahəsinin sənədləşməsini düzəltib notariat kontorunla rəsmi qaydada satacaq. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş, torpağın alqı-satqısının rəsmiləşdirilməsini həyata keçirməmişdir. O, dəələrlə ona götürdüyü öhdəliyini yerinə yetirməsini tələb etsə də, nəticəsi olmamışdır. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsində və faktiki mülkiyyətindədir. Torpaq sahəsinin mülkiyyət sənədi olmadığından istədiyi kimi sərəncam vermək hüququ yoxdur. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, onunla Cavabdeh arasında Torpağa Mülkiyyət Hüququna dair JN 805 KOD 30401004 saylı Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, həyat yoldaşı Cavabdeh 2005-ci ilin əvvəllərində JN 805 KOD 30401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsini satmaq istəmiş, bu barədə İddiaçı ilə görüşüb danışıb razılığa gəlməklə həmin torpaq sahəsini İddiaçı satmışdır. Həmin vaxtdan da torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. Həyat yoldaşı hazırda Rusiyada olduğundan məhkəmədə iştirak edə bilmir. Torpağın satılmasına digər mülkiyyətçilərin də razılıqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X5 09 oktyabr 2018-ci ildə, X3 01 iyul 2006-cı ildə, X4 12 iyun 2012-ci ildə ölmüşlər. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0805 Kod 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh və digərlərinin mülkiyyətinə 5.98 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş AR-İ seriyalı 872551 saylı etibarnamədən görünür ki, Cavabdeh X1 10 il müddətinə etibarnamə vermiş, etibarnamə 16.01.2030-cu ilə kimi qüvvədədir. məhkəmə, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək torpaq sahəsinin alqısatqısı ilə əlaqədar əqdin bağlanmış hesab edilməsinə dair bəzi məsələlər üzrə, habelə iddianın qanuniliyi və əsaslılığı ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.2ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bundan əlavə İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin (bundan sonra MM) 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. MM-in 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır. MM-in 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 238-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. MM-in 324.1, 324.2 və 324.4-cü maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-in 405.1-ci maddəsinə görə tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Beləliklə məhkəmə yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarına istinadən bu qənaətə gəlinir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh özünə və yaxın ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsini aralarında tərtib etdikləri əqdə əsasən, razılaşdıqları qiymətə İddiaçı satmışdır. 2005-ci ildən iddiaçı həmin torpaq sahəsini maneəsiz, heç bir mübahisə olmadan torpaq sahəsinə faktiki sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Hazırki iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı halda tərəflərin arasında mübahisiəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sadə yazılı formada tərtib edilmiş müqavilə vardır. Hansı ki, həmin əqd bağlanarkən iş üzrə cavabdeh yazılı əqdi imzalamışdır. Tərəflər həmin sənədin həqiqiliyini təsdiq etmişlər. Belə olan vəziyyətdə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Torpağa Mülkiyyət Hüququna dair JN 805 KOD 30401004 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Torpağa Mülkiyyət Hüququna dair JN 805 KOD 30401004 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinə məxsus Şabran şəhərində yerləşən 5.98 ha torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-442/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-442/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver