Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-462/2021 24.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh oğluna qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə 24 may 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə onun arasında Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu padar kəndində yerləşən 2.58 ha torpaq sahəsinin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, 16 noyabr 2002-ci ildə Cavabdeh ilə danışıb razılığa gəlməklə Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu Padar kəndində yerləşən 2.58 ha torpaq sahəsinin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evini pulunu ödəməklə almışdır. Bu barədə yazılı razılaşmaları olmuşdur, akt yazılmışdır və Padar bələdiyyəsi həmin aktı təsdiq etmişdir. Razılaşma zamanı cavabdeh öhdəsinə götürmüşdür ki, torpaq sahəsinin sənədləşməsini düzəldib notariat kontorunda rəsmi qaydada satacaq. Lakin cavabdeh götürdüyü öhdəliyinə əməl etmədi, torpağın alqı-satqısının rəsmiləşdirilməsini həyata keçirmədi. O, dəfələrlə ona götürdüyü öhdəliyini yerinə yetirməsini tələb etsə də, nəticəsi olmamışdır. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. Torpaq sahəsinin mülkiyyət sənədi olmadığından istədiyi kimi sərəncam vermək hüququ yoxdur. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh ilə onun arasında Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu padar kəndində yerləşən 2.58 ha torpaq sahəsinin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Xəlilov Rüstəm və X5 ayrıayrılıqda bildirdilər ki, İddiaçı 16 noyabr 2002-ci ildə Cavabdeh ilə danışıb razılığa gəlməklə Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu Padar kəndində yerləşən 2.58 ha torpaq sahəsini, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evini satmışdır. Həmin daşınmaz əmlak 2002-ci ildən İddiaçı faktiki istifadəsindədir. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli 114 saylı arayışdan görünür ki, X4 hal-hazırda Şabran rayon Padar kəndində yaşamır. İşə əlavə edilmiş 16 noyabr 2002-ci il tarixli aktda qeyd edilmişdir ki, həqiqətən onların iştirakı ilə İddiaçı Cavabdeh (Usmanov Şaxmardanın həyat yoldaşı) yaşayış evini və 12 sot həyətyanı sahəsini satın aldı və evin pulunu nəqd verdi. Aktın doğruluğunu N.Abdullayev, Ç.Əhmədov, O.Hacıyev, Cavabdeh və İddiaçı öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş 16 noyabr 2002-ci il tarixli aktdan görünür ki, onların iştirakı ilə Usmanova Esmira həyat yoldaşı Usmanov Şahmərdanın adına olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktını (JN:0089 kod ********), yəni xüsusi Çöl torpaq sahəsini X2 daimi istifadəsinə vermişdir. Xüsusi Çöl torpağının daimi istifadəyə verilməsi hər iki tərəfin tam razılığı ilə hyata keçirilmişdir. Aktın doğruluğunu Cavabdeh, R.Rəşidov, N.Abdullayev, Ç.Əhmədov, Q.Hacıyev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən Usmanov Şahmərdanın və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.58 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Rəhimli İƏD-si nümayəndəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli 210 saylı arayışdan görünür ki, həqiqətən Cavabdeh uzun müddətdir Şabran rayon Padar kəndindən ailəsi ilə birgə köçmüş və hal-hazırda həmin kənddə yaşamır. Məhkəmə, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək torpaq sahəsinin alqısatqısı ilə əlaqədar əqdin bağlanmış hesab edilməsinə dair bəzi məsələlər üzrə, habelə iddianın qanuniliyi və əsaslılığı ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.2ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bundan əlavə İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin (bundan sonra MM) 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 238-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 324.1, 324.2 və 324.4-cü maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Beləliklə məhkəmə yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarına istinadən bu qənaətə gəlinir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh özünə və yaxın ailə üzvlərinə məxsus Şabran rayonu Padar kəndində yerləşən 2.58 ha torpaq sahəsini, 0.12 ha həyətyanı torpaq sahəsini və həyətyanı torpaq sahəsində yerləşən yaşayış evini aralarında tərtib etdikləri əqdə əsasən, razılaşdıqları qiymətə İddiaçı satmışdır. 2002-ci ildən iddiaçı həmin daşınmaz əmlakı maneəsiz, heç bir mübahisə olmadan torpaq sahəsinə faktiki sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Hazırki iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı halda tərəflərin arasında mübahisiəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sadə yazılı formada müqavilə vardır. Belə olan vəziyyətdə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur, bu səbəbdən məhkəmədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu Padar kəndində yerləşən 2.58 ha torpaq sahəsinin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Torpağa mülkiyyət hüququna dair JN 00** OD ***08058 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus Şabran rayonu Padar kəndində yerləşən 2.58 ha torpaq sahəsinin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN 034A KOD 30408053 saylı şəhadətnamə ilə X3 və ailə üzvlərinə məxsus Şabran raonu Padar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı yaşayış evinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-462/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-462/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver