Məhkəmə qərarları › İş №2(031)-531/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-531/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-531/2021 18.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Aliment məbləğinin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan Babayeva Ayşən və Babayev Qalib adlı 2 övladlarının saxlanması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləği ümumilikdə 2 uşağa görə 300 manat sabit pul məbləği Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 07 may 2008-ci ildə Qalib və 24 sentyabr 2012-ci ildə Ayşən adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Nikahları 26 sentyabr 2017-ci ildə pozulmuş, uşaqlar onun yanında qalmışdır. Məhkəmənin qətnaməsi ilə uşaqların saxlanılması üçün hər uşağa 100 manat aliment müəyyən edilmişdir. Lakin cavabdeh alimenti ödəməkdən yayınmış, barəsində xəbərdarlıq və inzibati həbs verilsə də heç bir nəticə çıxarmamışdır. Sonuncu dəfə barəsində 21 yanvar 2019-cu ildə Şabran rayon məhkəməsinin hökmü ilə AR CMnin 306-cı maddəsinə əsasən təqsirli bilinərək 01 il 06 ay islah işlərinə məhkum edilmişdir. Bu məhkəmənin gedişində cavabdehin valideynləri şikayətçi olmamağını, pulu özlərinin ödəyəcəyini və sübut kimi keçmiş qaynanası öz pensiya kartını etibarnamə ilə ona vermiş, məhkəmədə yüngül cəza aldıqdan sonra həmin etibarnaməni ləğv etmiş, pensiya kartını da ləğv edərək dəyişdirmişdilər. Yəni artıq ailəliklə ona qarşı dələduzluq etmişlər. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə məsrəfləri artmışdır. Uşaqlar böyüdükcə atalarına qarşı ehtiyac və təlabatı artsa da, cavabdeh onlara qarşı heç bir qayğı və diqqət göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Xahiş edir, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan Babayeva Ayşən və Babayev Qalib adlı 2 övladlarının saxlanması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləği ümumilikdə 2 uşağa görə 300 manat sabit pul məbləği Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə idiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 262889 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikahları 03 noyabr 2017-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 239618 saylı və AZ-İİ seriyalı 939195 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından 07 may 2008-ci ildə Qalib və 24 sentyabr 2012-ci ildə Ayşən adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli 2(031)- 877/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 noyabr 2008-ci ildə Dəvəçi rayon Təzəkənd İƏV-yi üzrə nümayəndəliyində bağlanmış 16 saylı nikahlarının pozulması, birgə nikahlarından 07 may 2008-ci ildə doğulmuş X4 və 24 sentyabr 2012-ci ildə doğulmuş X3 İddiaçı yanında qalması və Cavabdeh hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulub 07 may 2008-ci ildə doğulmuş X2 və 24 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 07 may 2008-ci ildə Qalib və 24 sentyabr 2012-ci ildə Ayşən adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Rəsmi nikahları pozulmuş, uşaqlar iddiaçının yanında qalmış, uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. Cavabdeh müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmir, uşaqları ilə maraqlanmır. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07 may 2008-ci il təvəllüdlü X2 və 24 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli 2(031)- 877/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq 07 may 2008-ci il təvəllüdlü X2 və 24 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 07 may 2008-ci il təvəllüdlü X2 və 24 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli 2(031)-877/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq 07 may 2008-ci il təvəllüdlü X2 və 24 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar