Məhkəmə qərarları › İş №2(031)-553/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-553/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-553/2025 23.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Şərəfəddi qızının iştirakı ilə, İddiaçı Şərəfəddi qızının Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şərəfəddi qızı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 14 may 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər uşağa görə Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0, 615 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə qeyrirəsmi şəkildə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları anadan olmuşdur: 14 may 2015-ci il təvəllüdlü X4, 11 noyabr 2016-cı il təvəllüdlü X5. O, cavabdehlə ailə həyatı qurandan sonra cavabdehin yaşadığı evə gəlin köçmüş və orada yaşamışdır. Bildirir ki, cavabdeh ona həmin evdə yaşamağa imkan verməmiş, 2025-ci ilin fevral ayının axırları onu övladları ilə birlikdə birgə yaşadıqları evdən çıxarmışdır. Hal- hazırda övladları ilə birlikdə Şabran rayonu, Gəndab kəndində valideynlərinə məxsus evdə yaşayır. Göründüyü kimi cavabdehin təqsiri ucbatından onunla ailə münasibətləri kəsilmişdir. Cavabdehlə ailə münasibətləri kəsiləndən sonra cavabdeh övladları ilə maraqlanmır, övladlarına maddi köməklik göstərmir. Kiçik övladının 8 yaşı, böyük övladının isə 9 yaşı vardır. Uşaqlarına baxmağı ilə əlaqədar özü heç bir yerdə işləmir. Övladlarının qida, geyim və digər zəruri xərclərini valideynlərinin maddi dəstəyi ilə qarşılayır. Tərəfindən övladlarının sadaladığı bu və digər xərclərini təkbaşına qarşılamaq maddi cəhətdən olduqca çətindir. Ona görə də Cavabdeh övladları üçün aliment ödəməyə cəlb olunmalıdır. O, aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, mediator tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Ona görə də o, aliment tələbi barədə iddia ilə Şabran rayon məhkəməsinə müraciət edir. Məhkəmə iclasında dindirilən İddiaçı Şərəfəddi qızı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş Ləmanın, xx.xx.2016-cı ildə anadan olmuş Esmanın atası hesab edilmişdir. -Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2015-ci ildə Ləman, xx.xx.2016-cı ildə Esma adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən 14 may 2015-ci ildə X4 və 11 noyabr 2016-cı ildə X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq 14 may 2015-ci ildə anadan olmuş X2 və 11 noyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı Şərəfəddi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 14 may 2015-ci ildə anadan olmuş X2 və 11 noyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı Şərəfəddi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar