Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-578/2023 17.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin sabit pul məbləğində alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 09 iyun 2023-cü il tarixdə Cavabdeh qarşı “alimentin sabit pul məbləğində alınması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində minimum yaşayış səviyyəsinə uyğun 220 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 20 iyun 2023-cü il tarixd əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə X6 Xidmət mərkəzində rəsmi qeydə alınmış nikahlarının da möhlət vermədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Səfərəlizadə (Aslanova) Ədilə Allahyar qızı xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə X7 Xidmət Mərkəzində rəsmi qeyd edilməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə Nigar adlı bir qızları dünyaya gəlmişdir. Ailə münasibətlərində gərginlik yarandığına görə, yəni cavabdeh onu ac-susuz evdə tək qoyub Bakı şəhərinə getdiyinə görə, xx.xx.2022-ci il tarixdən valideynlərinə məxsus Şabran rayonunun Ağbaş kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Övladını da ata evində dünyaya gətirmişdir. Həmin vaxtdan nigahları formal xarakter daşıyır. Artıq o, da bu formal nikahdan azad olmaq istəyir, həmçinin qızı Nigarın saxlanması üçün onun atası Cavabdeh aliment istəyir. Xahiş edir, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə X6 Xidmət mərkəzində rəsmi qeydə alınmış nikahlarının möhlət vermədən pozulması, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində minimum yaşayış səviyyəsinə uyğun 220 manat məbəlğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək əlavə olaraq bildirdi ki, məhkəmədə onların barışması üçün 3 ay vaxt verilmiş, lakin onlar barışmamışlar. Onun boşanmaq qəti fikridir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, məhkəmədə onların barışması üçün 3 ay vaxt verilmiş, lakin onlar barışmamışlar. Məhkəmənin müəyyən etdiyi müvəqqəti alimenti ödəməmişdir, uşaq üçün aliment ödəmək istəmir, çünki iddiaçı evdən gedərkən onun məlumatı olmadan uşağı götürüb aparmışdır. İddiaçı ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasına etiraz etmir, lakin alimenti ödəməyə imkanı yoxdur. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 456947 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 10 sentyabr 2021-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 781737 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 21 yanvar 2023-cü ildə Nigar adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1990-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu Ağbaş kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadından görünür ki, cavabdeh Cavabdeh 09 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər nikahlarını xx.xx.2021-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 21 yanvar 2023-cü ildə Nigar adlı uşaqları olmuşdur. Tərəflər arasında mütəmadi olaraq mübahisə və münaqişələr olmuş, xasiyyətləri uyğun gəlməmişdir. Bu səbəbdən də ayrılmışlar. Ər-arvad münasibətləri kəsilmişdir. Birgə nikahlarından doğulmuş uşaq iddiaçının yanında yaşayır. Məhkəmədə tərəflərin barışması üçün üç ay vaxt müəyyən etməklə işin baxılması təxirə alınmış, lakin tərəflər barışmamışlar. Bundan sonra tərəflərin ailələrinin qorunub saxlanması qeyri-mümkündür. Tərəflər boşanmaqda təkidlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında beynəlxalq hüquqi aktların və ailə qanunvericiliyinin normalarını təhlil edərək hesab etmişdir ki, nikahın könüllülüyü, nikaha daxil olan şəxslərin iradə ifadəsinin sərbəstliyi, ailənin möhkəmləndirilməsi zəruriyyəti, ər və arvadın hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və onların bu hüquqlarının məhkəmədə müdafiəsi imkanları, ər-arvadın hüquq bərabərliyi, ailə daxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinin müdafiəsi və s. prinsiplər nikahın bütün mərhələlərini (nikaha daxil olma, ailə münasibətlərini və nikaha xitam verilməsini) əhatə edir. Ailə qanunvericiyinin tələblərinə görə ailə münasibətlərinin qadın və kişinin könüllük prinsipi əsasında yarandığından və davam etməli olduğundan və hazırda iş üzrə tərəflər arasında belə bir könüllülük mövcud olmadığından məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının bu tələbi təmin edilməli, iş üzrə tərəflər arasındakı nikah pozulmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsində həmçinin nikahın pozulmasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dövlət qeydiyyatı üçün zəruri olan məlumatlar da göstərilməlidir (pozulan nikahın nə vaxt, hansı orqanda qeydə alınması, akt qeydinin nömrəsi). Məhkəmə tərəflər arasında bağlanmış nikaha xitam verilməsi nəticəsinə gəldiyindən yekunda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq tərəflərə izah edir ki, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsinə dair məsələləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll etməsi məqsədəmüvafiqdir İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh aliment tələb etməsinə dair ərizəsinə hüquqi münasibət bildirməmişdən öncə məhkəmə onu da tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin maddənin məzmunundan isə görünür ki, məhkəmə nikahın pozulması tələbinə dair işlərə baxarkən ər və ya arvadın tələbi olmadan iki halı, yəni boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulmalı olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə ilkin olaraq uşağın hansı valideynin yanında qalması müəyyən edildikdən sonra onun saxlanılması üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulmalı olması həll edilməlidir. İş materiallarından aydın olur ki, tərəflər məhkəməyə uşaqların hansı valideynin yanında qalması ilə bağlı saziş təqdim etməyib. Hazırki vəziyyətdə işdə işin faktiki hallarından aydın olur ki, onların birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X3 iddiaçının yanında qalır və cavabdeh isə bunu mübahisələndirmir. İşin bu faktiki halını nəzərə alan məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahdan olan X3 onlar arasında nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmalıdır. Tərəflərin birgə nikahlarından olan uşaqları İddiaçı yanında qalmalı olduğundan onların saxlanılması üçün aliment isə qarşı tərəfdən, yəni Cavabdeh tutulmalıdır. İddiaçı isə övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etmişdir. Məhkəmə işin bu mübahisəli halının həlli ilə bağlı istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsi nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini və nikahın pozulmasından sonra uşaqın ananın yanında qalması, uşaqa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, ananın işləməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, uşağın saxlanması üçün cavabdehdən hər ayda 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulması məqsədəmüvafiqdir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan tutulmalıdır. Hazırki iş üzrə iddia ərizəsi isə Şabran Rayon Məhkəməsinə “09” iyun 2023-cü ildə daxil olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - İddiaçı ilə Cavabdeh arasında Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 503 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, boşanmadan sonra xx.xx.2023-cü il təvəllüdlü X3 İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardad nəzərə alınmaqla, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 503 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra xx.xx.2023-cü il təvəllüdlü X3 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardad nəzərə alınmaqla, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-578/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-578/2023
17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver