Məhkəmə qərarları › İş №2(031)-599/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-599/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-599/2025 25.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı və Şabran Rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiyi “aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2012-ci il təvəllüdlü X2 ana himayəsindən məhrum olduğu nəzərə alınaraq ona verilməsi, yəni, X2 onun yanında saxlanılması, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-66/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ona hesablanmış 4600 manat aliment borcunun 4000 manat hissəsini ödəməkdən azad edilməyi, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(031)-66/2022 saylı qətnaməsinə əsasən 10 dekabr 2012-ci il təvəllüdlü X4 görə cavabden Cavabdeh aliment ödəməkdən azad edilməyi, 2022-ci ilin may ayından hesablanmaqla yetkinlik yaşına çatmayan 10 dekabr 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflər xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalanmış və məhkəməyə ərizə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. “Bir tərəfdən Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdən həmin mülki iş üzrə Cavabdeh (bundan sonra tərəflər), aşağıdakı şərtlər əsasında bu Barışıq Sazişini razılaşdırdılar:

1. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək, həmin mülki iş üzrə İddiaçı iddia tələblərindən imtina etməsi barədə Cavabdeh ilə Barışıq Sazişi imzalayırlar. 1.1. Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş aliment məbləğinin ödənilməyən hissəsinin X2 adına açılacaq bank hesabına 1 (bir) il ərzində ödəmək öhdəliyini üzərinə götürür; 1.2. Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə Cavabdeh həmin mülki iş üzrə İddiaçı, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment məbləğinin ödənilməyən hissəsinin X2 adına açılacaq müvafiq bank hesabına 1 (bir) il ərzində ödəməsi ilə razılaşır. 1.3. Tərəflər Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment məbləğinin ödənilməyən hissəsinin 2(031)-66/2022 saylı mülki iş üzrə tələbkar Cavabdeh ödənilməsini razılaşdırırlar. 1.4. Tərəflər Şabran Rayon Məhkəməsinin 2(031)-599/2025 saylı mülki iş üzrə təyin edilmiş hakimindən bu Barışıq Sazişini müvafiq qərardadla təsdiqlənməsini xahiş edirlər.” Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə iclasında barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran Rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumat verilsə də, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran Rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla yanaşı həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilərək hazırki iş üzrə icraata xitam verilməli və iş üzrə icraata xitam verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı və Şabran Rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiyi “aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı barışıq sazişi təsdiq edilsin və hazırki iş üzrə icraata xitam verilsin: “Bir tərəfdən Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdən həmin mülki iş üzrə Cavabdeh (bundan sonra tərəflər), aşağıdakı şərtlər əsasında bu Barışıq Sazişini razılaşdırdılar:

1. Tərəflər Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək, həmin mülki iş üzrə İddiaçı iddia tələblərindən imtina etməsi barədə Cavabdeh ilə Barışıq Sazişi imzalayırlar. 1.1. Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş aliment məbləğinin ödənilməyən hissəsinin X2 adına açılacaq bank hesabına 1 (bir) il ərzində ödəmək öhdəliyini üzərinə götürür; 1.2. Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-599/2025 saylı mülki iş üzrə Cavabdeh həmin mülki iş üzrə İddiaçı, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment məbləğinin ödənilməyən hissəsinin X2 adına açılacaq müvafiq bank hesabına 1 (bir) il ərzində ödəməsi ilə razılaşır. 1.3. Tərəflər Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-66/2022 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment məbləğinin ödənilməyən hissəsinin 2(031)-66/2022 saylı mülki iş üzrə tələbkar Cavabdeh ödənilməsini razılaşdırırlar. 1.4. Tərəflər Şabran Rayon Məhkəməsinin 2(031)-599/2025 saylı mülki iş üzrə təyin edilmiş hakimindən bu Barışıq Sazişini müvafiq qərardadla təsdiqlənməsini xahiş edirlər.” İddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün xx.xx.2025-ci il tarixdə, saat 10:14-də ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 17928; GPP qəbz nömrəsi: **********, əməliyyat İD: 9********) ona geri qaytarılsın. İddiaçılar X5, X8 və X6 izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar