Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3454/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X5 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) iş üzrə QƏRARİ İş № 2(102)-3454/23 (Açar sözlər: uşağın anadan alınaraq atanın himayəsinə verilməsi, analıq hüququndan məhrumetmə və aliment tutulmasının dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X7 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X5 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “uşağın anadan alınaraq atanın yanında saxlanması, valideynlik hüquqlarından məhrum etmə, ananın razılığı olmadan uşağın ölk ə hüdudlarından kənara çıxarılması və ölkəyə gətirilməsi, aliment tutulmasının dayandırılması” tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X8 ilə Cavabdeh əvvəlcə faktiki, 19 fevral 2015-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 21 iyul 2014-cü il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur.
2. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxtdan da birgə nikahdan doğulmuş uşaq ana Cavabdeh yanında saxlanılmış və uşağın saxlanılması üçün X3 aylıq qazancın dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. Cavabdeh Şirvan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(032)-234/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir.
4. Həmin cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 X13-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3864 saylı rəyindən görünür ki, müayinə zamanı Cavabdeh narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Cavabdeh narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.
5. Şirvan şəhər Məhkəməsinin 1(032)-326/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh X4 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və işin hallarına əsasən müəyyən olunmuşdur ki, o, pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmuş, cinsi istismara məruz qalmışdır.
6. Rusiya Federasiyası, Samara vilayəti üzrə Təhsil və Elm Nazirliyi 102 nömrəli məktəb tərəfindən verilmiş 532 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 2 Q sinfində oxuyur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onunla birgə nikahdan dünyay a gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X9 münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi, uşağın anadan alınaraq ona verilməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1918/2017 nömrəli qətnaməsinə əsasən müəyyənləşdirilmiş xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün nəzərdə tutulan hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasının dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonra iddiaçı tələbinin həcmini artırmış, azyaşlı X9 ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin icazəsi olmadan həyata keçirilməsini də xahiş etmişdir.
9. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin qətnaməsinə uyğun olaraq cavabdehlə rəsmi nikahdan doğulmuş xx.xx.2014 -cü il təvəllüdlü Əsmanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimenti həmişə vaxtında ödəmiş, lakin sonradan cavabdehlə razılığa gələrək uşağının anası ilə birlikdə ölkə sərhədindən kənara çıxmasına razılıq vermiş, tələbkar Cavabdeh də təyin edilmiş alimentdən imtina etmişdir. Bununla bağlı Daşkəsən rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə saziş imzalanmış və alimentin ödənilməsi ilə bağlı icraata xitam verilmişdir. Cavabdeh azyaşlı qızını özü ilə 2018-ci ilin əvvəllərində Rusiyaya, oradan da Qazaxıstana aparmış, 2020-ci il fevral ayında cavabdeh özü Azərbaycana qayıtmış, uşağı gətirməmişdir. Sonra cavabdeh razılaşmaya riayət etməyərək məhkəməyə müraciət etmiş, ərizəsinə əsasən xitam verilmiş aliment ödənişi bərpa edilmişdir. Hazırda ondan tutulan alime ntin kimə xərclənməsindən xəbəri yoxdur. Cavabdeh uşağı Rusiya Federasiyasına apardıqdan sonra uşaqla bağlı heç bir məlumat əldə etməmişdir. Uşaq hazırda Rusiya Federasiyasının Samara şəhərindədir. Uşaqla ünsiyyət hüququna dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq icra olunmur. Cavabdeh narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Hazırda Əfsanənin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Cavabdeh uşağı barəsində valideynlik hüququnu illərdir ki, həyata keçirmir.
10. Məhkəmə iclasında Cavabdeh iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişd ir ki, hazırda uşağı onun anasının yanında Rusiyada yaşayır, orta məktəbə gedir, öz ətrafı və öyrəşdiyi mühit vardır. Şəxsi həyatında baş vermiş problemlərlə əlaqədar hazırda qızına baxa bilmir, lakin uşağın ondan alınıb atasına verilməsinə razı deyil, belə hesab edir ki, uşaq Rusiyada nənəsinin yanında qalmalıdır. O, narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunsa da, barəsində narkomaniya xəstəlikdən məcburi müalicə təyin edilməmişdir, narkotikadan asılılığı yoxdur. İddiaçı tərəfindən hər ay verilən alimenti ayrıca yığır, uşağının gələcəyinə xərcləməyi fikirləşir. Həmin alimenti Rusiyaya göndərmir, qızının bütün xərclərini anası özü çəkir.
11. Şirvan şəhər Məhkəməsinin 2(032)-1394/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 21 iyul 2014-cü il təvəllüdlü X9 atası X5 hima yəsinə verilməsinin təmin olunması üçün həm atanın, həm də ananın həyat şəraitinin müəyyən olunması üçün sənədlər rəy verilməsi üçün Şirvan şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır.
12. Şirvan şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 23 noyabr 2022-ci il tarixli, 2243 saylı rəyinə əsasən komissiya tərəfindən müəyyən edilmişdir ki, X5 Cavabdeh ilə birgə nikahdan 21 iyul 2014-cü il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. Lakin bir müddət birgə yaşadıqdan sonra onlar ayrılmışlar. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1918/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın ananın himayəsində qalması müəyyən edilmişdir. Uşaq atası X5 razılığı ilə anası Cavabdeh ilə birlikdə x arici ölkəyə getmişdir. Lakin bir müddət sonra ana Cavabdeh uşağı xarici dövlətdə qoyaraq özü Azərbaycana qayıtmışdır. Ananın deməsinə görə hal-hazırda yetkinlik yaşına çatmayan övladı X17 nənəsi ilə birlikdə Rusiya Federasiyası, Samara vilayəti, Moskovoskoye şosse 260 ünvanda yaşayır. İddiaçı X5 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil yaşayış üçün yararlıdır və kommunal xidmətlərlə əhatə olunmuşdur. Komissiya araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 21 iyul 2014-cü il təvəllüdlü X11 2018-ci ilin əvvəllərində özü ilə Rusiya Federasiyasına aparmış, 2020-ci ilin fevral ayında Cavabdeh özü Azərbaycana qayıtmış, həmin vaxtdan bu günə kimi bir valideyn olaraq uşağın təlim-tərbiyəsi ilə, onun maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə məşğul olmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-1918/2017 saylı qətnaməsi ilə azyaşlı X1 üçün müəyyən edilmiş alimenti alsa da, uşağın saxlanılmasına sərf etməmişdir. Cavabdeh iki ildən artıq müddət ərzində valideynlik vəzifələrini yerinə yetirməmiş, azyaşlı Əsmanı saxlamaqdan yayınmış, uşağa Rusiya Federasiyasında nənəsi baxmışdır. Bundan əlavə Komissiyaya təqdim edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-234/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Komissiyanın iclasında Cavabdeh yuxarıda qeyd edilənlərin doğru olduğunu təsdiqləmişdir. Cavabdeh bir ana və valideyn kimi vəzifələrini yerinə yetirməmiş, övladı 21 iyul 2014-cü il təvəllüdlü X9 azyaşlı olmasına məhəl qoymayaraq onu xarici dövlətdə nənənin ümidinə buraxmış, ona və onun gələcək taleyinə, inkişafına biganə yanaşmış, öz şəxsi istək və maraqlarını azyaşlı övladının hüquq və mənafelərindən üstün tutmuş, uşağın saxlanılmasından yayınmışdır. Komissiya yuxarıda qeyd olunanlara əsaslanaraq, araşdırmaların nəticəsi olaraq hər iki valideynin uşağa olan qayğısını, bağlılığını, uşağın maraq və mənafelərinin təmin edilməsinə olan münasibətini, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını qiymətləndirərək, hər iki valideynin əxlaqi və digər şəxsi keyfiyyətlərini nəzərə alaraq uşağın maraq və mənafelərinin və gələcək taleyinin müdafiəsi məqsədi ilə 21 iyul 2014-cü il təvəllüdlü X9 atası X5 himayəsinə verilməsini məqsədəuyğun hesab etmiş dir. X5 mənzil-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə X5 mənzil-məişət şəraitinin müayinəsi ilə əlaqədar faktiki yaşadığı ünvan 2 ünvanında oldular və mənzilə baxış keçirdilər. Müəyyən edildi ki, mənzil 3 otaq, 1 mətbəx, 1 hamam və sanitar qovşağından ibarətdir, orta təmirlidir. Kommunal xidmətlərlə tam əhatə olunmuş, yaşayış üçün yararlıdır.
13. Şirvan Şəhər Məhkəməsinin (hakim Səidə Məmmədova) 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə A.Əhmədovun iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X9 atası X5 himayəsinə verilməsi, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014cü il təvəllüdlü X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsinin Cavabdeh razılığı o lmadan həyata keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, müvafiq qanunvericilik normalarına, həmçinin yuxarı məhkəmə instansiyasının tövsiyəsinə əsasən uşaqların taleyinin həlli ilə əlaqədar qərar qəbul edilərkən bu xarakterli işlərə xüsusilə həssas yanaşılmalı, yetkinlik yaşına çatmayan şəxsin fikri (7 yaşına çatmışdırsa) dinlənməli, nəzərə alınmalıdır. Hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşağın xaricdə olması səbəbindən onun fikrinin dinlənilməsi mümkün olmamışdır.
15. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında əvvəllər çoxsaylı ailə mübahisələri üzrə məhkəmə çəkişmələri olmuş, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan anadan olan X14 anasının himayəsində saxlanılmışdır. S onradan cavabdeh ana övladını nənəsinin himayəsinə verərək Rusiyaya yola salmışdır, özü narkotik vasitələrdən qanunsuz istifadəyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda üzərində elektron vasitə gəzdirir, cəza çəkir. Həmçinin digər bir cinayət işi üzrə cinsi istismara məruz qalmış və zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə iclasında cavabdeh özü də qeyd olunanları və qeyri-düzgün həyat tərzi keçirməyini etiraf etmişdir. Ana hər ay ata tərəfindən uşağın saxlanması üçün ödənilən alimenti təyinatı üzrə istifadə etməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Özü də uşağın ondan alınacağı təqdirdə atasına deyil, nənəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir.
16. İddiaçının birgə nikahdan anadan olmuş X9 iddiaçının himayəsinə verilməsi ilə əlaqədar tələbi hiss əsində məhkəmə qeyd olunanlarla əlaqədar hesab etmişdir ki, hazırkı faktiki vəziyyətdə uşağın ananın himayəsində saxlanılması yetkinlik yaşına çatmayanın mənafeyinə xidmət edə bilməz. Təbii ki, hərbçi kimi xidmət edən, həm mənəvi, həm maddi cəhətdən özünü təsdiq edən atanın himayəsi qanuna və əxlaqa zidd həyat tərzi keçirən ananın himayəsindən qat-qat yaxşı və uşağın təlim-tərbiyəsi üçün daha məqsədəmüvafiqdir.
17. Məhkəmə həmçinin ananın gələcəkdə islah olunması, düzgün həyat tərzinə dönməsi, maddi cəhətdən normal həyat səviyyəsini təmin etməsi halında da yenidən uşağın himayəsində saxlanılmasına hüququnun olmasını da nəzərə almışdır.
18. Məhkəmə uşağın hazırda Rusiya Federasiyasında olmasını nəzərə alaraq, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə, yəni uşağın atanın himayəsind ə qalmasının təmin olunması üçün iddianın digər hissədə, yəni - uşağın ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin icazəsi olmadan həyata keçirilməsinin də təmin olunmasını mümkün hesab etmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ananın valideyn hüquqlarından məhrum edilməsi tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmiş, cavabdeh artıq yuxarıda qeyd olunan neqativ halları həyatında yaşasa da, bu, hələ onu bir ana kimi valideynlik hüququndan məhrum etmək üçün əsas verməmişdir. Göründüyü kimi ana narkotik vasitələrdən sui-istifadəyə görə məhkum edilsə də, narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunacaq səviyyədə həmin vasitələrdən asılılığı yoxdur, xroniki narkomaniya xəstəsi deyildir. Bundan əlavə, o, övladın ı sevir, uşaq anasına bağlıdır, aralarında olan münasibətləri yaxşıdır.
20. Həmçinin məhkəmə cavabdeh ananın özünə bir valideyn kimi tənqidi yanaşmasını, öz səhvlərini anlayaraq, islah olunmağa cəhd etməsini də müsbət qarşılamış, belə hesab etmişdir ki, həyatını doğru düzənə qoymaq istəyən bir qadını dərhal valideynlik hüququndan məhrum etmək onun islah olunmasına da mənfi təsir göstərmiş olar və övladı ilə bağlılığın mövcudluğu onu normal həyat tərzinə qayıtmasına daha çox xidmət edə bilər. Çünki məhkəmə yalnız baxdığı mübahisə üzrə qərar qəbul etməklə kifayətlənməli deyil, həmçinin qəbul edəcəyi qərarın maraqlı şəxsləri həyatına hansı formada təsir edəcəyini də nəzərə almalıdır. Göstərilənləri əsas tutaraq məhkəmə belə hesab etmişdir ki, iddiaçının bu hissədə tələbi hazırkı vəziyyətdə ak tual deyil və təmin oluna bilməz.
21. İddiaçının uşağın saxlanması üçün tutulan alimentin ananın xeyrinə tutulmasının dayandırılması tələbinə münasibətdə qeyd etmişdir ki, X14 atası X5 himayəsində saxlanıldığı təqdirdə həmin uşağın saxlanılması üçün alimentin atadan alınması da faktiki olaraq dayanmış olur, belə vəziyyətdə isə artıq iddianın qeyd olunan hissədə təmin olunmasına da lüzum qalmamışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 51.1, 51.2, 52, 64, 65.1, 73.1, 73.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmada n sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il və “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansi ya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü Əsma bir neçə ildir ki, atasını görmür və onunla ünsiyyət saxlamır. Belə ki, uşaq hazırda Rusiya Federasiyasında öz nənəsi ilə birgə yaşayır. Orada 2-ci sinifdə oxuyur. Uşağın təhsil aldığı məktəbdən və sinif yoldaşlarından ayrılması olduqca çətindir. Uşaq atasının himayəsində qalmaqdan imtina edir. Cavabdeh şikayətində vurğulamışdır ki, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, hazırda bu xəstəlikdən əzab çəkmir və narkomaniyadan məcburi müaliyəcəyə ehtiyacı yoxdur.
25. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün əsaslar kifayət qədər vardır. Bu əsaslar tərəflərin izahatlarından açıq-aşkar göründüyü kimi, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunmuşdur. Müəyyən edilmişdir ki, iddiaçı X8 hərbi xidmətdə olmasına baxmayaraq, daim öz övladı ilə maraqlanmış, Rusiya Federasiyasına müraciətlər etmiş, övladının taleyinə biganə qalmamışdır. Rusiya Federasiyası, Samara vilayəti üzrə Təhsil və Elm Nazirliyi 102 nömrəli məktəb tərəfindən verilmiş 532 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 2 Q sinfində oxuyur. İşin hallarından görünmüşdür ki, iddiaçı A.Əhmədov Rusiya Federasiyasının ədliyyə və daxili işlər orqanlarına uşağının yerinin müəyyən edilməsi və ona verilməsi ilə bağlı müraciət etmiş, ona hüquqları izah edilməklə müvafiq cavablar verilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafını, fiziki və psixi sağlamlığını daim diqqətdə saxlamalıdırlar. Uşaqların tərbiyəsində onlara qarşı biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
28. Məhkəmə hesab etmişdir ki, azyaşlı X9 yaşayış yeri müəyyən edilərkən atasının yanında qalması məqsədəuyğundur.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmənin uşağın iddiaçının himayəsinə verilməsini qət etməsi, ayrılıqda yaşayan valideynlərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 yaşayış yerini müəyyən etməklə iddiaçıya verilməsini ehtiva edir. Bu hal “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında olan göstərişlərə uyğundur. Mübahisələndirilən hal həm də uşağın ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin razılığı alınmadan həyata keçirilməsi ilə bağlıdı r. Qeyd edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü azyaşlı Əsmanın anası Cavabdeh razılığı olmadan, atasının müşayiəti ilə ölkə hüdudlarından kənara çıxarılması və ölkəyə gətirilməsi üçün hər-hansı məhdudiyyət müəyyən edilməmişdir və kollegiya hesab etmişdir ki, bu barədə məhkəmənin qənaəti də qanuni və əsaslıdır.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 9, 10-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 63.1, 63.2, 63.3, 75.1, 73.1, 73.2, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1, 9.2, 11.1, 11.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 8-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının ya nında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı ilə birgə nikahdan doğulmuş X2 Federasiyası, Samara vilayəti üzrə Təhsil və Elm Nazirliyi 102 nömrəli məktəbdə 2 Q sinfində oxuyur. Bu səbəbdən də onun təhsil aldığı məktəbdən və sinif yoldaşlarından ayrılması olduqca çətindir. İllərdir ki, atasını görmür və ünsiyyət saxlamır. İddiaçı hazırda ön cəbhədə hərbi xidmətdədir. O, məhkəmə iclasında vermiş olduğu ifadəsində ön cəbhədə xidmət etdiyini, hətta istirahət günlərində belə kənara çıxa bilmədiyini, davamlı olaraq səngərdə olduğunu bildirmişdir. İddiaçı onların vəkilinin suallarına cavab verərək “uşaq onun himayəsinə verildikdən sonra anasının yanında qalacağını” bildirmişdir. Bununla bağlı bildirmişlər ki, iddiaçının anası yaşlı bir şəxsdir və səhhətində də ciddi problemləri vardır, mütəmadi olaraq müalicə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 X13-Narkoloji tibbi yoxlamanın rəyindən görünü r ki, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda məhkəmə iclasında dinlənilmiş telefon danışıqlarından görünür ki, qızı Əsma Əhmədova atasının himayəsində qalmaqdan imtina etmişdir. Hesab etmişdirlər ki, qeyd olunmuş əsaslar iş üzrə gələcəkdə veriləcək icra sənədinin icrasını mümkünsüz edir. Məhkəmə iddia tələbini qismən təmin edərkən X9 atasına bağlılığının olmaması və qətnamə üzrə icra işlərinin mümkünsüzlüyü faktını aydınlaşdırmamış, qənaətini mötəbər sübutlarla deyil, daha çox mülahizələri ilə əsaslandırmışdır. Bildirmişdirlər ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınm amış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və nəticədə Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsi üzrə kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır.
33. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 18, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 51.4, 51.6, 56.1, 58.2, 60.1, 60.2, 60.3, 60.4, 75.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217, 218, 220-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın p ozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il və “Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli qərarlarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdır.
35. İddiaçının etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq, apellyasiya instansiyası məhkəməsinin 2(106)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləs i
36. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
37. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
38. Maddə 51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən suiistifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.
39. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu
40. Maddə
17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
41. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəl əridir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası
42. Maddə
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin.
43. Maddə
18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
44. Maddə 27. hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarı:
45. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ay rı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
46. Bənd 7.6. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla, eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
47. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətənda ş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apely asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi, uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun realizə edilməsi istisna edilməməklə, təmin edilməlidir. Nikahın ləğv edilməsi zamanı uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilərkən uşağın yaşı, r əyi, onun tələbatının təmin edilməsi təmin edilə bilməsi, valideynə bağlılığı həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatının da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən inkişafına mənfi təsir edən hallardan azad edilməklə, uşağın cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin.
61. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən uşağın atanın himayəsinə verilməsi barədə gəldiyi nəticə uşağın mənafeyinə uyğun olmaqla, əsaslandırılmışdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.