Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-613/2020 28.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Cavabdehin nümayəndəsi: Məmmədov Kamran Məmmədmövsüm oğlu Sabit pul məbləğində aliment tələbi barədə mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq xx xxxxx 2011-ci ildə doğulmuş X2 və xx xxxxxx 2014-cü ildə doğulmuş X1 üçün Cavabdeh hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, xx.xx.2010-cu ildə rəsmi nikah qeydindən keçərək Cavabdeh ilə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci ildə X4 və xx.xx.2014-cü ildə X5 adlı iki uşaqları olmuşdur. İlk vaxtlarda mehriban yaşasalar da sonradan aralarında tez-tez narazılıqlar olmuş, təhqirlərə məruz qalmışdır. Xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən o, məcbur olaraq uşaqlarla birlikdə atasının evinə getmişdir. Cavabdeh uşaqların saxlanılması üçün yardım göstərmir. Uşaqların saxlanılması üçün çətinlik çəkir. Özü uşaqlarla birlikdə valideynlərinin yanında yaşayır. Xahiş edir, xx xxxxx 2011-ci ildə doğulmuş X2 və xx xxxxxx 2014-cü ildə doğulmuş X1 üçün Cavabdeh hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə xx xxxxxx 2020-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx xxxxx 2011-ci ildə Safura və xx xxxxxx 2014-cü ildə Cəsur adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə onların normal həyatları olmuş, yaxşı yaşamışlar. O, heç vaxt cavabdehi döyməmiş, söyməmişdir. Əksinə cavabdeh özü nəlayiq söyüş söyəndir. İddiaçı ondan hər uşağa görə ayda 150 manat aliment tələb edir. Hesab edir ki, iddiaçının tələbi özünə də məlum olduğu kimi əsassızdır. Onun sabit iş yeri var, «Çıraqqala» mehmanxanasında fəhlə işləməklə ayda 300 manat əmək haqqı alır. Onun sabit iş yeri və müntəzəm əmək haqqısı olduğuna görə qanuna müvafiq olaraq ondan da aliment tutularkən qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməlidir. Xahiş edir, İddiaçı aliment tələbi barədə olan iddiasının qismən-Azərbaycan Respublikasının Ailə Məcəllənin 76.1.2-ci maddəsinə uyğun təmin edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi Məmmədov Kamran Məmmədmövsüm oğlu da cavabdehin ifadəsinə uyğun analoji ifadə vermişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 519251 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİ seriyalı 754412 saylı və Az-İİİ seriyalı 284558 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxx 2011-ci ildə Safura və xx xxxxxx 2014-cü ildə Cəsur adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş «X8 Company» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxx 2018-ci il tarixdən «X8 Company» MMC-də qabyuyan peşəsində işləyir, aylıq tarif əmək haqqı 334.28 manat təşkil edir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2020-cu ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx xxxxx 2011-ci ildə Safura və xx xxxxxx 2014-cü ildə Cəsur adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ər-arvad münasibətləri kəsilmişdir. Cavabdeh uşağların saxlanması üçün heç bir maddi və mənəvi köməklik etmir. Ona görə də iddiaçı uşağı saxlamaqda çətinlik çəkir. İddiaçı alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının hazırki aliment hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, bir uşağın saxlanması üçün iş üzrə cavabdehdən 170 manat miqdarında aliment tutulması onun maddi və ailə vəziyyətinə uyğun deyildir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq uşağların saxlanması üçün cavabdehdən hər uşaq üçün ayda 100 (bir yüz) manat məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulub xx xxxxx 2011-ci ildə doğulmuş X2 və xx xxxxxx 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün İddiaçı verilməli, iddia ərizəsinin qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulub xx xxxxx 2011-ci ildə doğulmuş X2 və xx xxxxxx 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. İddia ərizəsinin qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-613/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-613/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver