Məhkəmə qərarları › İş №2(031)-63/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-63/2021

26.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-63/2021 26.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Aliment tələbi barədə mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, cavabdeh Musayeva (Qabulova) Xatın Şükür qızı ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə X5, xx.xx.2012-ci ildə X4 və xx.xx.2013-cü ildə X6 övladları dünyaya gəlmişdir. Əvvəllər ər-arvad münasibətləri yaxşı olmuşdur. Sonradan ər-arvad münasibətlərində soyuqluq əmələ gəlmiş, xx.xx.2018ci il tarixdə nikahları Şabran rayon məhkəməsinin qərarı ilə pozulmuşdur. xx.xx.2018-ci il tarixdə ana öz yetkinlik yaşına çatmayan uşaqlarını da atıb İstanbul şəhərinə getmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır. Cavabdeh bu müddət ərzində bir dəfə də olsun öz uşaqları ilə maraqlanmamış və onlara heç bir maddi yardım etməmiş, öz dediyinə görə işləyir, əmək haqqı 1700 manat təşkil edir. Hazırki şəraitdə o, təkbaşına uşaqları çətinliklə saxlayır. Xahiş edir, birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X2, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİİ seriyalı 768203 saylı, AZ-İİ seriyalı 978689 saylı, AZ-İİ seriyalı 441358 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2010-cu ildə Yunis, xx xxxxx 2012-ci ildə Tahirə və xx xxxxx 2013-cü ildə İshaq adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş şabran rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(031)- 1064/2018 saylı qətnamədən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxx 2009-cu ildə Dəvəçi RİHB-nın Ağbaş İƏD-si üzrə nümayəndəliyində bağlanmış 01 saylı nikahları pozulmuşdur. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Ağbaş İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Musayeva (Qabulova) Xatın Şükür qızı hal-hazırda Şabran rayonu Ağbaş kəndində qeydiyyatdadır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ilə xx xxxxx 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx.xx.2010-cu ildə Yunis, xx.xx.2012-ci ildə Tahirə və xx.xx.2013-cü ildə İshaq adlı uşaqları olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuş, bu səbəbdən də ayrılmışlar, aralarında bağlanmış rəsmi nikah Şabran rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. xx.xx.2018-ci il tarixdə cavabdeh öz yetkinlik yaşına çatmayan uşaqlarını da atıb İstanbul şəhərinə getmişdir. Həmin vaxtdan uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh uşağların saxlanması üçün heç bir maddi və mənəvi köməklik etmir. Ona görə də iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. İddiaçı alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat, ümumilikdə 360 (üç yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2010-cu il təvəllüdlü X2, xx xxxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat, ümumilikdə 360 (üç yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar