Məhkəmə qərarları › İş №2(031)-636/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-636/2025

27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-636/2025 27.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X3 hər ayda 246 manat sabit pul məbləğində alimentin tutulub 9 mart 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmlışdır ki, Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsi ilə onunla X4 arasında nikah pozulmuş, X3 hər ay 75 manat sabit pul məbləğində alimentin 1 noyabr 2013-cü ildən hesablanaraq tutulub 9 mart 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 9 mart 2017ci il tarixli 2(031)-177/2017 nömrəli qiyabi qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılması, X3 hər ay 120 manat sabit pul məbləğində alimentin 23 yanvar 2017-ci ildən hesablanaraq tutulub 9 mart 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(031)-541/2024 nömrəli qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsinə əsasən Cavabdeh 9 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 9 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tətəfindən 25 dekabr 2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsi Cavabdeh 9 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh 9 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndindən görünür ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, yəni iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar