Məhkəmə qərarları › İş №2(031)-656/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-656/2020

14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-656/2020 14.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Alimentin təyin edilməsi tələbi barədə mülki işə xx xxxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh hər ayda aylıq gəlirin (qazancının) 1/3 hissəsi miqdarında alimentin tutulub xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən xx.xx.2013-cü ildə Nuraniyə və xx.xx.2015-ci ildə İsrail adlı uşaqları olmuşdur. Cavabdeh 2015-ci ilin yanvar ayından evakuasiya xidmətində sürücü işləyir. İlk aylar evə 550-600 manat maaş gətirirdi. Lakin sonrakı aylarda bu maaş 2 dəfə azalaraq 300-350 manat olmuşdur. 2016-cı ildən isə 2-3 aya bir dəfə maaş gətirməyə başlamışdır. Daha sonralar isə bu maaş həftədə bir dəfə bazarlığa çevrildi ki, bu bazarlıq da 20-30 manatdan ibarət oldu. İndi isə nə bazarlıq var, nə də maaş. Ailələri 5 nəfərdən ibarətdir. Çox çətinliklə onun maaşı ilə dolanırlar. O, evdə körpə uşağını qoyub işə girib işləyərək, uşaqlarına çörək pulu qazanmağa məcbur olmuşdur. Evin bütün yükü onun üzərindədir. Böyük qızı X4 tələbədir. Hüseynova Nuraniyə 2-ci sinif şagirdidi. İsrail isə hələ 5 yaşını tamamlamamışdır. Cavabdeh onun ikinci ailəsidir. Onun birinci ailə həyatı uğursuz olduğu üçün ayrılmış, Mirzə ilə ikinci dəfə ailə həyatı qurmuşdur. Bu səbəbdən də, o ailəsi dağılmasın deyə Mirzənin bütün hərəkətlərinə bu vaxta kimi dözmüşdür. Artıq o, uşaqları saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, uşaqları saxlamaq üçün onun alimentə ehtiyacı var. Xahiş edir, Cavabdeh hər ayda aylıq gəlirin (qazancının) 1/3 hissəsi miqdarında alimentin tutulub xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı ilə xx xxxxxxx 2011-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx xxx 2013-cü ildə Nuraniyə və xx xxxxxx 2015-ci ildə İsrail adlı uşaqları olmuşdur. O, 2015-ci ilin yanvar ayından evakuasiya xidmətində sürücü işləyir. Aylıq 350 manat əmək haqqı alır, həmin əmək haqqını ailənin dolanması üçün verir. Onun birinci nikahdan da bir uşağı var, həmin uşağın saxlanılması üçün də aylıq 90 manat aliment ödəyir. O, uşaqlarına aliment ödəməkdən imtina etmir, alimentin aylıq əmək haqqına yönəldilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 707661 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 xx xxxxxxx 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 260268 saylı və AZ-İİİ seriyalı 603411 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx xxx 2013-cü ildə Nuraniyə və xx xxxxxx 2015-ci ildə İsrail adlı uşaqları olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2011-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətlərindən xx xxx 2013-cü ildə Nuraniyə və xx xxxxxx 2015-ci ildə İsrail adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ər-arvad münasibətləri kəsilmişdir. Cavabdeh uşağların saxlanması üçün heç bir maddi və mənəvi köməklik etmir. Ona görə də iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. İddiaçı alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı Maddəsinə əsasən 2 (iki) uşağa görə valideynin qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar