Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-671/2024 19.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh usaq üçün ayda 235 manat sabit pul məbləğində aliment tutulub 05 may 2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 sentyabr 1985-ci ildə ailə qurmuşlar. Ər-arvad münasibətindən 05 may 2010-cu ildə X2 adlı uşağları olmuşdur. Cavabdeh uşağın saxlanması üçün heç bir köməklik etmir. Mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə əvvəlcə Mediasiya şurasına müraciət etmişdir, Mediasiya prosesində onunla razılaşmayıb. Ona görə də uşağın saxlanması üçün aliment müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edirək bildirdi ki, iddiaçı ilə ərarvad münasibətindən 05 may 2010-cu ildə X2 adlı uşağları olmuşdur. Uşağın saxlanılması üçün iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur, gücü çatdığı miqdarda hər ay 130-140 manat alimenti ödəməyi öhdəsinə götürür. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən 05 may 2010-cu ildə X2 adlı uşaqları anadan olmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş CMS - "AZEMİS" Elektron Məhkəmə İnfonmasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və 462,44 manat məbləğində pensiya alır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 05 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıcı 14 iyun 2024-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 05 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 14 iyun 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-671/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-671/2024
19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver