Məhkəmə qərarları › İş №2(031)-68/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-68/2023

23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-68/2023 23.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Alimentin miqdarının artırılması və azaldılması tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2097/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını azaldılaraq, ondan birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, bir uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulub cavabdehə, Xaçmaz rayon məhkəməsinin 2(067)-2097/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artıraraq cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmiş tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiklərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və azaldılması tələbi barədə mülki işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar