Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2223/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, ilkin İddiaçı iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-4213/2022 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)-3123/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 250 manat olmaqla, ümumilikdə 750 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi barədə qətnamə qət olunmuşdur. xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri İcra İdarəsinin aktına əsasən Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən fərdi yaşayış evinə övladlarıyla birlikdə köçürülmüşdür. Qeyd edir ki, cavabdeh fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir, özü təqaüddə olan hərbiçidir, yaxşı gəliri vardır, 1100 manat təqaüd alır. Bundan başqa ticarətlə məşğuldur, əlavə qazanc əldə edir. Lakin uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Bu gün də göstərmək istəmir. Bu səbəbdən uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdehin qazancı hər ay 1000-1200 manat təşkil edir. 2020-ci ildən 2022-ci il tarixədək qiymətlər kifayət qədər artdığından 2020-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 3123/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 170 manat miqdarında aliment uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və təyin olunmuş aliment miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(060)-3123/2020 saylı qətnaməsinə əsasən hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsini dəyişdirərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2011-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi barədə qətnamə qət olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan aliment təyin olunan vaxt o, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində mayor rütbəsində hərbi qulluqçu olmuş, aylıq məvacibi 960 manat təşkil etmişdir. Hal-hazırda isə o, xəstəliyi ilə bağlı təqaüdə çıxarılmışdır. Aylıq pensiyası 810 manat təşkil edir. Digər gəlir yeri yoxdur. O, anasıyla birgə yaşayır. Anası evdar qadındır, ona maddi yardım göstərir. 2021-ci il tarixdə anası Nümayəndə “Azərbaycan Beynəlxalq Bank”ından xəstəliyinin müalicəsi üçün 3300 manat məbləğində kredit götürmüş, onu da özü ödəmək məcburiyyətindədir. Onun həyat şəraiti dəyişdiyindən o, əvvəlki miqdarda təyin olunmuş alimenti artıq ödəyə bilmir. Ona görə də məcburiyyətdən borcu yaranmışdır. “Kapital Bank”dan xx.xx.2022-ci il tarixdə GTKR4822818A299 saylı kredit müqaviləsinə əsasən 5000 manat məbləğində nağd kredit və BBUM4822949A299 saylı müqaviləsinə əsasən 5000 manat birkart kredit götürmüşdür. 22 il Vətənə qüsursuz hərbi xidmət etmişdir. Qarabağ müharibəsi iştirakçısıdır. Səhhəti ilə bağlı problemləri var. Öz ehtiyaclarını, anasına hər ay maddi yardım göstərməkdə və onun ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Ona görə ki, anasının və onun ayrı-ayrılıqda kredit borcu da vardır. Qeyd edir ki, cavabdeh Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələr şöbəsində işləyir. Cavabdeh hər ay vergi işçilərinə əlavə yardımla 1500 (min beş yüz) manatdan çox əmək haqqı alır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(060)-3123/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 193 manat olmaqla, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 579 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Cavabdeh aldığı təqaüd 890 manat təşkil etsə də, onun aldığı təqaüd 810 manat göstərilmişdir. Həmçinin cavabdeh fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir, 150 manat dövlətdən kirayə pulu da alır. Özü təqaüddə olan hərbiçidir, bir neçə növ gəliri vardır, əlavə olaraq ticarətlə məşğuldur, mağaza işlədir. Bu barədə ərizəsinə mülki işə onun ticarət fəaliyyəti barədə disk əlavə edilmişdir. Lakin məhkəmə bu sübuta baxış keçirsə də, hüquqi cəhətdən bu sübutu qiymətləndirməmişdir. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində ilkin iddia üzrə İddiaçı aylıq gəliri barədə məhkəmə heç bir araşdırma etməmişdir və onun gəliri barədə qətnamədə yetərincə nəticə göstərməmişdir. Birinci instansiya məhkəməsində ilkin iddia üzrə İddiaçı məhkəməyə pandemiya dövründə qış vaxtı bacısı ayaqlarından əməliyyat olunan vaxt bacısının işlətdiyi toyuqlar üçün yem dükanında ona kömək edərkən gizli çəkiliş etdirdiyi videoçəkilişi məhkəməyə təqdim edib alimentin artırılmasını məhkəmədən tələb etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. O, həmçinin izahatında göstərdi ki, Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər Baş İdarəsinin bəyannamələr şöbəsində işləyir və əmək haqqı 1300 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ilkin iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının cavabdehin əmlak və maddi vəziyyətində alimentin müəyyən edilmiş miqdarının artırılmasını təmin edə biləcək dəyişikliyin, kifayət qədər gəlirə malik olması barədə məhkəməyə əsaslı şübhədən kənar sübut təqdim etməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə mövcud aliment miqdarı yaşayış minimumuna yaxın ağlabatan məbləğ olmaqla alimentin iddia edilən məbləğdə azaldılması uşaqların normal şəraitdə yaşamaları və tələbatlarının ödənilməsi üçün yetərli olmamaqla, uşaqların ümdə maraqlarının və mənafelərinin pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən ilkin iddiaçı və qarşılıqlı iddiaçı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, məhkəmənin gəldiyi nəticəni mübahisələndirmişlər. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayətlərini verdiyini nəzərə alaraq ilk olaraq İddiaçı ilkin iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İlkin iddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş etmiş, lakin həmin qətnamənin çıxarıldığı vaxtdan ilkin iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh maddi vəziyyətində dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı Cavabdeh maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. Qarşılıqlı iddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay 170 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşaqların mənafeyinə uyğun olmamaqla onların təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdikləri formal mülahizədən ibarət olduğu üçün, təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 510 (beş yüz on) manat miqdarda alimentin məbləğinin artırılaraq bir uşağa 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 750 (yeddi yüz əlli) manat təşkil edir (750-510)=240 manat. Həmin artımın bir il ərzində məcmusu isə (240 x 12 ay = 2880 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2223/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2223/2022
07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver