Məhkəmə qərarları › İş №2(105)-1920/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1920/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1920/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1986/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

2. AZ-İV seriyalı, 872584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il təvəllüdlü X7 atası Cavabdeh, anası X3r.

3. xx.xx.2023-cü il tarixli iş yeri haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh “X16” MMC-də mühəndis işləməklə 345 manat əmək haqqı alır.

4. 01 avqust 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh verilmiş arayışdan müəyyən olunur ki, 5 daylı Xaçmaz ərazi idarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmədə iddia qaldıraraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Xaçmaz rayon Məhkəməsinin 2(067)-1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 200 manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladının 12-13 yaşı var. Hal-hazırda Xaçmaz rayon Məhkəməsinin 2(067)-1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunmuş 200 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir. Böyüdükcə uşaqda ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Uşaq xəstədir. Daimi müalicədədir, iynə dərmanlarını çatdıra bilmir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1587/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün müəyyən olunmuş 100 manat, cəmi 200 manat məbləğində alimentin azaldılaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 57,50 manat olmaqla cəmi hər ay 115 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, saylı qətnaməsi ilə cavabehlə faktiki nikahdan doğulmuş iki uşağın saxlanılması üçün onun xeyrinə 200 manat məbləğində aliment kəsilmişdir. Ayrıldıqdan sonra X5 ilə ailə qurmuş və birgə yaşayırlar. X10 adlı bir övladı doğulmuşdur. Həyat yoldaşının əvvəlki nikahından doğulmuş Mirhüseyn adlı övladı da onlarla birgə yaşayır. Uşağın atası vəfat etdiyinə görə 100 manat sosial müavinət alır. xx.xx.2023-cü il tarixdə doğulmuş övladı olduğuna görə həyat yoldaşı Aytəkin işləmir. Özü “X16” MMC-də mühəndis işləməklə 345 manat əmək haqqı alır. Başqa qazanc mənbəyi yoxdur. Adına hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Ailəsini aldığı aylıq əmək haqqı ilə güclə dolandırır. Aldığı 345 manat pulun 200 manatını cavabdehə uşaqların saxlaması üçün ödəyir. Nəticədə himayəsində olan üçüncü övladının hüquqları pozulur. Belə ki, uşaqlar biri digərinə münasibətdə üstün hüquqa malik deyildir. Ona görə də müəyyən edilmiş alimentin miqdarı azaldılmalıdır. Cavabdeh himayəsində olan övladları ilə görüşməyinə və onlarla ünsiyyət vermədiyinə və uşaqları ona qarşı qaldırdığına görə artıq uşaqlar da onunla görüşmək istəmirlər. Valideyn olaraq aliment öhdəliyhini icra etsə də, uşaqlarla ünsiyyətdə olmaq və onlarla görüşmək hüququnu reallaşdıra bilməmişdir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1986/2023 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, ilk iddia üzrə ödənilmiş 36,80 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin, 75.1, 78.1, 78.2, 112.1 və 112.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 88, 112.1.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1986/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-1587/2018 saylı qətnaməsinin qəbul edilməsindən sonrakı müddətdə ailə və maddi vəziyyətinin pisləşməsini təsdiq edən hər hansı sübutu iddiaçı iddia ərizəsinə əlavə etməmiş və məhkəmə prosesində hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübut etmək üçün birbaşa onun üzərinə düşür. Əksinə məhkəmə iclasında suallara cavab olaraq etiraf etmək məcburiyyətində qaldı ki, əmək qabiliyyətli olmaqla hazırda gözəllik salonunda işləməklə yaxşı qazanır, uşaqları normal dolandırır, lakin uşaqları dolandırmaqda çətinlik çəkir, uşaq xəstədir. (hansı uşaqdan söhbət getməsi məlum deyildir). Bu barədə də hər hansı sənədi də məhkəməyə təqdim etməmişdir. Məhkəməyə qətnamədə göstərilən sübutlar təqdim edilmiş, ilk iddia üzrə iddiaçı isə iddiasını əsaslandıran hər hansı sübutları təqdim etməmişdir. Bu halda məhkəmənin onun mövqeyini müdafiə etməsi himayəsində olan iki uşağı hazırda ilk iddia üzrə cavabdehin himayəsində olan bir uşaqdan üstün vəziyyətə qoymuşdur. Məlum olduğu kimi uşaqlar eyni hüquqlara malikdirlər, hər biri valideynlərindən təminat almaq hüququna malikdirlər. Onların biri digərindən üstün hüquqa malik deyildir. İddiaçı əmək qabiliyyətli olmaqla məhkəmə iclasında etiraf etmişdir ki, gözəllik salonunda işləməklə qazancı yaxşıdır, lakin uşaqların saxlanılmasına kifayət etmir. Onun həqiqətən də, işləməsini etiraf etməsini məhkəmədə aparılan audio-video çəkilişlərə baxmaqla müəyyən etmək olar. Məlum olduğu kimi uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Qarşılıqlı iddia ərizəsində iddianı əsaslandıran bütün sübutları təqdim etmişdir. İlk iddia üzrə iddiaçı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1986/2023 nömrəli qətnaməsinin ləğvini xahiş edərək tam mübahisələndirmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, artırılmış aliment məbləğinin hansı tarixdən tutulması göstərilməlidir.

25. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır.

26. Birinci instansiya məhkəməsi haqlı olaraq, hər ay 100 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılması qənaətinə gəlmiş, işə baxarkən valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almışdır.

27. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərində ilk iddiaçının əmək qabiliyyətli olmaqla işləməsinə, uşaqların saxlanılmasında onun da iştirak etməli olmasına, maddi vəziyyətinin pisləşməsinə dair sübut təqdim etməməsinə istinad etmişdir. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının artırılmasına dair tələb uşaqların maddi ehtiyacının artmasına əsasən irəli sürülmüşdür, həm də uşaqların saxlanılması onların maddi təminatı ilə məhdudlaşmır və uşaqlar analarının himayəsindədirlər. İddiaçının işləməsi, gəlir əldə etməsi cavabdehi uşaqların saxlanılmasında iştirak vəzifəsindən azad etmir. Həmçinin cavabdehin adına hər hansı daşınmaz əmlakın olmaması, ikinci dəfə nikaha daxil olması və digər uşaqlarının da olması valideyn kimi əvvəlki nikahından olan uşaqlarının saxlanılmasından azad olunması, müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün əsas ola bilməz.

28. Qeyd edilən dəlillər ilk iddia üzrə cavabdehin qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıyırlar.

29. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və iddia tələbini əsas tutaraq, hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərək hər iki tərəfin maddi durumunu nəzərə almış, uşaqların maddi təminatı üçün ağlabatan miqdarda aliment müəyyən etmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi artırılmış aliment məbləğinin hansı tarixdən tutulmasını qətnamədə göstərməmişdir.

31. Halbuki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

32. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilməli, alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.

35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1986/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1587/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar