Məhkəmə qərarları › İş №2(031)-733/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-733/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-733/2020 13.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı BOKT MMC-nin NÜMAYƏNDƏ: X4 CAVABDEH: Cavabdeh və X2 qarşı Kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı BOKT MMC məhkəmədə iddia qaldıraraq İddiaçı BOKT MMC-nin quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 376 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 16799.52 UD əsas məbləğə hesablanmış faiz borcundan 12866.33 USD, dəbbə pulu 5156.39 USD, cəmi 34822.24 USD, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi, borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX-0632201 saylı Çıxarışa əsasən, X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* Çıxarışa əsasəən X1 mülkiyyətində olan, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMC-yə olan borcunun və dövlət büdcəsinə köçürülmüş(30 manat) məhkəmə rüsumunun ödənilməsi vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması və orada yaşayanları evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh oglu arasında xx xxxx 2015- ci il tarixli 376 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri məqsədilə 18000 (on səkkiz min) ABŞ dolları məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 26% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit Müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 725.23 (yeddi yüz beş dollar iyirmi üç sent) ABŞ dolları ödəməli olduğu halda, ödəniş qrafıkinə uyğun yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX- nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********46, Qeydiyyat nömrəsi **********, Seriya RX-0632201) xx.xx.2015ci il tarixli Çıxarışa əsasən, X3 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 66.6 kv.m yaşayış sahəsi, 67.2 kv.m yardımçı sahədən, 133.8 kvm ümumi sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli yaşayış evi ipotekaya qoyulmuş, tərəflər arasında xx xxxx 2015-ci il tarixli 376 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı xx.xx.2016- cı il tarixli, Qeydiyyat nömrəsi **********, RX seriyalı №0789751 saylı yüklülük Çıxarışı verilmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. Cavabdeh xx.xx.2017ci il tarixinə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına olan borcu aşağıdakı kimidir: Kreditin əsas məbləğindən qalan borc: 16799.52 (on altı min yeddi yüz doxsan doqquz dollar əlli iki sent ) USD; Əsas məbləğə hesablanmış faiz borcu; 12866.33 ( on iki min səkkiz yüz altımış aitı dollar otuz üç sent) USD; Dəbbə pulu: 5156.39 ( beş min yüz əlli altı dollar otuz doqquz sent) USD; - Cəmi: 34822.24 (otuz dörd min səkkiz yüz iyirmi iki dollar iyirmi dörd sent )USD. Xahiş edir, İddiaçı BOKT MMC-nin quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 376 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 16799.52 UD əsas məbləğə hesablanmış faiz borcundan 12866.33 USD, dəbbə pulu 5156.39 USD, cəmi 34822.24 USD, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi, borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX-0632201 saylı Çıxarışa əsasən, X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* Çıxarışa əsasəən X1 mülkiyyətində olan, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMC-yə olan borcunun və dövlət büdcəsinə köçürülmüş(30 manat) məhkəmə rüsumunun ödənilməsi vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması və orada yaşayanları evdən çıxarılması tələbi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxx 2015-ci il tarixli 376 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən illik 26% olmaqla, 36 ay müddətinə ödəmək şərti ilə fərdi ev təmiri məqsədi ilə 18000 ABŞ Dolları məbləğində pul ayrılmışdır. İşə əlavə edilmiş xx xxxx 2015-ci il tarixli 376 saylı İpoteka Müqaviləsindən görünür ki, kredit öhdəliyinin təminatı olaraq AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********46, Qeydiyyat nömrəsi **********, Seriya RX-0632201) xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən, X3 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 66.6 kvm yaşayış sahəsi, 67.2 kvm yardımçı sahədən, 133.8 kvm ümumi sahədən ibarət olan 3 otaqlı 1 mərtəbəli yaşayış evi İpoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 31156 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarışlardan və İddiaçı BOKT MMC-si ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixində 376 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2017-ci il tarixə banka olan borcu 26760.70 ABŞ dolları məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə-16799.52 ABŞ dolları, faiz borcu üzrə-9961.18 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulıı və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Konkret halda borclunun öhdəliyinin təminatı kimi ipoteka predmeti çıxış edir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin dilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqinda” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmentinə tutmanı yönəltmək, onun satılmasından ,əldə edilmiş puldan kredit borcunun,hesablanmış faizlərin və cərimələrin,həmçinin,bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 319-cu maddəsinə görə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən çıxardığı qərarda ipoteka predmentinin ilkin satış qiymətinin göstərməlidir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, tərəflər ipoteka predmentinin qiymətini 35000 (otuz beş min) ABŞ dolları məbləğində qiymətləndiriblər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə,məhkəmənin qərarı əsasında ipoteka predmentinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmenti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən,ipoteka predmentinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği,əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 376 saylı kredit müqaviləsi ləğv edilməli, xx.xx.2017-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 16799.52 USD, əsas məbləğə hesablanmış faiz borcundan 9961.18 USD, dəbbə pulu 156.39 USD, cəmi 26917.09 USD (milli manat ekvivalentində), həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Cavabdeh alınmalı, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX-0632201 saylı Çıxarışa əsasən, X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə yönəldilməli, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş 27.01ö2016-cı il tarixli, RX ******* Çıxarışa əsasəən X1 mülkiyyətində olan, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMCyə olan borcun və dövlət büdcəsinə köçürülmüş (30 manat) məhkəmə rüsumunun ödənilməsi vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılmalı və orada yaşayanlar evdən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 376 saylı kredit müqaviləsi ləğv edilsin, xx.xx.2017-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 16799.52 USD, əsas məbləğə hesablanmış faiz borcundan 9961.18 USD, dəbbə pulu 156.39 USD, cəmi 26917.09 USD (milli manat ekvivalentində), həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Cavabdeh alınsın, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX-0632201 saylı Çıxarışa əsasən, X1 mülkiyyətində olan ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə yönəldilsin, ipoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş 27.01ö2016-cı il tarixli, RX ******* Çıxarışa əsasəən X1 mülkiyyətində olan, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMC-yə olan borcun və dövlət büdcəsinə köçürülmüş (30 manat) məhkəmə rüsumunun ödənilməsi vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılsın və orada yaşayanlar evdən çıxarılsın. Cavabdeh 120 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar