Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-739/2023 02.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qızma qarşı "tərəflər arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmçinin bu məhkəmənin 04 may 2022-ci il tarixli, 2(006)-2787/2Q22 saylı qərardadı əsasında mülki iş icraata götürüldükdən sonra, 16 iyun 2022-ci il tarixli qərardadla Siyəzən Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “ona məxsus torpaq sahəsir cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair ic ərizəsi üzrə 2(059)-415/2022 nömrəli mülki işə birləşdirilməsi üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı Əliyeva X2 Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2(105)-878/2023 saylı qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,12 ha torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə qeydə alınmış və ona mülkiyyət hüququnu təsdiq edən 29 iyul 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, Cavabdeh uzun müddət olar tanımış və yaxın münasibətləri olmuşdur. Həmin yaxın münasibətə görə 14 sentyabr 2016-cı il tarixdə ona məxsus torpaq sahəsinin 0.03 ha hissəsi cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, qeyd olunan torpaq sahəsinin 0.03 ha hissəsinə onun tərəfindən vaqon yerləşdirilməklə, yay aylarında istifadə etməsi üçün müvəqqəti olaraq cavabdehə yerilmiş, həmçinin həmin vaxt sonuncunun kommunal xidmətin ödənişləri ilə bağlı onu tez-tez narahat etməməsi bəhanəsi ilə məhz cavabdehin istəyi əsasında kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsinə razılaşmışlar. Bu bəhanə ilə o, Siyəzən rayon Dövlət Notariat Ofisinə aparılmış və aldadılaraq mülkiyyətindəki Siyəzən rayonunun Qalaaltı kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.03 ha hissəsini cavabdehin adına rəsmiləşdirmişdir. Bu hal ona həmin torpaq sahəsinə tikili tikdiyi zaman müəyyən olmuşdur. Belə ki, cavabdehə qeyd olunan torpaq sahəsində tikili tikmək istədiyi bildirdikdə, sonuncu ona torpağın 0,03 ha hissəsinin ona məxsus olduğunu və artıq tikilinin bir hissəsinin onun mülkiyyətində olan torpaq sahəsinə keçdiyini bildirmişdir. Halbuki, torpaq sahəsi hazırda onun tam istifadəsindədir. Cavabdeh isə həmin torpaq sahəsindən istifadə etməmişdir, işin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əsasən müqavilənin əhəmiyyətli dərəcədə pozulması müqavilənin ləğv edilməsi əsaslarından biri kimi tanınmışdır. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-cı maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, anamın adına torpaq sahəsi var Siyəzən rayon Qalaaltı kəndində, Sumqayıt Apelyasiya Məhkəməsində müəyyən olunmuşdur ki, torpaq sahəsi Şabran şəhəri ərazisində yerləşir. Həmin torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada alınmışdır. Bu səbəbdən də iddiaçının iddiasını əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Siyəzən rayonu dövlət notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X1 tərəfindən 14 sentyabr 2016-cı il tarixdə reyestrdə 4Ə-102 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətindəki Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh 5150 manata satmışdır. Mülki iş materiallarından, tədqiq edilmiş mötəbər sübutlardan və işin faktiki hallarından da göründüyü kimi 14 sentyabr 2016-cı il tarixdə tərəflər daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, bağlanmış müqaviləyə əsasən İddiaçı mülkiyyətindəki Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini Cavabdeh satmağı, alıcı Cavabdeh isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (5150 manatı) ödəməyi öhdəsinə götürmüş və öz öhdəliyini notarial qaydada lazımınca icra etmiş və bu zaman hər hansı bir tərəfin, o cümlədən üçüncü şəxslərin hüquqları pozulmamışdır. Belə ki, tərəflər qeyd edilən müqaviləni imzalayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsj vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Yenə bu Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsinin 14 sentyabr 2016-cı il tarixdə alqı-satqısına dair müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə üzrə Cavabdeh öz öhdəliyini lazımınca icra etmiş, İddiaçı hüquqlarını hər hansı bir formada pozmamışdır. Bununla da, göstərilən müqavilənin ləğvi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-739/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-739/2023
02.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver