Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-749/2024 02.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ayda 235 manat sabit pul məbləğində aliment tutulub 05 iyun 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə rəsmi nikahıları Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir (xx.xx.2021-ci il tarixdə 23 № ilə qeyd edilmişdir). Birgə nikahlarından xx.xx.2002-ci il tarixli X7, 17.01,2006-ci il təvəllüdlü X4, xx.xx.2008-ci təvəllüdlü X5 və xx.xx.2011 -ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Əvvəllər ailədə qarşılıqlı münasibətləri yaxşı olmuşdur. Lakin, daha sonra cavabdehin ona olan münasibəti tam dəyişmiş və bu səbəbdən ailədə tez-tez mübahisələr baş vermişdir. O, həmişə ailənin qorunub saxlanılmasına çalışmış, lakin bu mümkün olmamışdır. Əksinə olaraq münasibətlər daha da pisləşmiş və artıq birgə yaşamağları və ailə münasibətlərinin bərpa edilməsi qeyri-mümkün olmuşdur. Sonuncu dəfə 2021-ci il yanvarın 5-dən ailə də baş vermiş mübahisədən sonra cavabdehlə ayrılmışlar. Həmin vaxtdan 3 övladı onunla, bir övladı isə atasıyla yaşayır. Belə ki, övladları normal həyat yaşaması məktəb xərcləri , hazırlıqları tələb olunur. Bütün bunları övladları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür deyərdim. Lakin, cavabdeh bunların heç birini nəzərə almayaraq övladlarının normal yaşaması üçün maddi və mənəvi köməklik etməmişdir. Övladları elmi inkişafını yetişdirmək üçün ümumi orta təhsildən əlavə olaraq həmçinin xüsusi kurslara gedirlər. Bu səbəbdən də zamanla məsrəfləri artmağa başlamışdır.Uzun müddətdir ayrilmağlarına baxmayaraq cavabdehdən aliment tələb etməmişdir. Hazırda Cavabdeh ayda 235 manat sabit pul məbləğində aliment tutulub 05 iyun 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir.Bu səbəbdəndə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(031)-58/2021 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh Babayeva (Xudaverdiyeva) Sevinc Vidadi qızı arasında 30 may 2003-cü il tarixdə Şabran rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 17 yanvar 2006-cı il təvəllüdlü X4, 05 iyun 2008-ci il təvəllüdlü X5 və 16 dekabr 2011-ci il təvəllüdlü X6 ataları Cavabdeh himayəsində saxlanılmışlar. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-935/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 17 yanvar 2006-cı il təvəllüdlü X1, 05 iyun 2008-ci il təvəllüdlü X2 və 16 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apeliyasiya Məhkəməsinin 2(105)-1373/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)- 935/2022 nömrəli qətnaməsi dəyişdirilsmiş və cavabdeh İddiaçı 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 17 yanvar 2006-cı il təvəllüdlü X1, 05 iyun 2008-ci il təvəllüdlü X2 və 16 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 60 (altmış) manat olmaqla, üç uşağa görə cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şabran rayon məhkəməsinin 2(031)-617/2023 nömrəli xx.xx.2023 tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən 05 iyun 2008-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 05 iyun 2008ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıcı 12 iyun 2024-cü il tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 05 iyun 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 ( iki yüz otuz beş) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 12 iyun 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-749/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-749/2024
02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver