Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-751/2025 05.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)- 476/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-50/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarını azaldaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)- 476/2014 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şabran rayon məhkəməsinin 8(031)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-476/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-50/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı dəyişdirilmiş, ərizəçi (tələbkar) Cavabdeh qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031 )-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bildirir ki, nümayəndəsi olduğu qardaşı İddiaçı artıq 10 ildən yuxarıdır “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Xəstəliyi artıq ağırlaşmış formadadır. 3 dəfə böyrəyindən əməliyyat olunmuşdur. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir, heç bir gəliri yoxdur. İddiaçı xəstəliyi ağır formada olduğundan, üstəlik müalicəsi üçün özünün maddi imkanı olmadığından onun müalicə xərclərini Rusiya Federasiyasında yaşayan qardaşı çəkir. Hal- hazırda İddiaçı Rusiya Federasiyası, Çuvaşiya Respublikası, Çeboksarı şəhərində xəstəxanada müalicələr almaqdadır. İddiaçı xəstəliyi kəskinləşmiş formada olduğundan onun dərmanları da baha başa gəlir. Hətta aylıq aliment pulunu İddiaçı anası öz pensiyasından ödəməkdədir. İddiaçı ödədiyi aliment Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-50/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən minimum əmək haqqının 0,80 misli həddində indeksləşdirildikdə ondan tutulacaq alimentin məbləği bu il üçün 320 manat təşkil edir ki, İddiaçı həm maddi, həm də, sağlamlıq vəziyyəti həmin aliment məbləğini ödəməyə imkan vermir. Göründüyü kimi İddiaçı özü belə qardaşının himayəsində yaşamaqdadır, aliment pulunu belə anası ödəyir. Sağlamlıq vəziyyəti ilə əlaqədar İddiaçı heç bir yerdə işləyə bilmədiyindən günü- gündən onun maddi vəziyyətində dəyişiklik yəni, geriləmə baş verməkdədir. Aliment məbləğinin indeksasiyasından sonra İddiaçı maddi vəziyyətində dəyişiklik (geriləmə) daha da ciddi hal almışdır. Həmin alimenti ödəməyə gücü çatmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Şabran Rayon Məhkəməsinin 2(031)-476/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-476/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-50/2025 saylı qərardadına əsasən ərizəçi (tələbkar) Cavabdeh qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-50/2025 saylı qərardadına əsasən ərizəçi (tələbkar) Cavabdeh qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qərardad çıxararkən məhkəməyə təqdim olunmuş tibbi sənədlərə əsasən borclunun sağlamlığında həqiqətən də problemlər olmasını və bu halın onun maddi imkanlarını məhdudlaşdırdığını əsas gətirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qərardad çıxan müddətdən üç ay keçmişdir, həmin müddət ərzində iddiaçının vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübüt təqdim edilməmişdir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması tələbinə dair" iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-751/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-751/2025
05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver