Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-780/2021 23.08.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Səmədzadə Sərxan Akif oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə 23 avqust 2021-ci il tarixdə Şabran Rayon məhkəməsinə müraciət edərək, əmək kitabçalarının onlara verilməsi və İddiaçı2 1995-ci ildən bu günə kimi, İddiaçı1 isə 1996-cı ildən bu günə kimi istifadə etmədikləri əmək məzuniyyətlərinə görə kompensasiyanın (pulun) Azərbaycan Respublikasının bu gün ki əmək haqqına əsasən düzgün hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmlərini təsdiq edən sənədi əlavə etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli, 1555- VQ nömrəli Qanunun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılara iddia ərizəsinin geri qaytarılmasına dair qərardadın iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilməlidir. Yuxarıdakılara göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına dair qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanların aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə 2(031)-780/2021 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) “23” avqust 2021-ci il Şabran şəhəri Şabran Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Səmədzadə Sərxan Akif oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:45-də başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X1 qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 17:50-də qurtardı. Protokol “23” avqust 2021-ci il tarixdə tərtib olundu. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(031)-780/2021
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-780/2021
23.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver