Məhkəmə qərarları › İş №2(031)-782/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-782/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-782/2025 18.08.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimenti ödəməkdən azad etmə" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimenti ödəməkdən azad etmə" iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsini əsasən xx.xx.2012-ci il təvəllüdlü övladları X5 görə Cavabdeh aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X6 ilə əvvəlcə qeyri-rəsmi şəkildə ailə həyatı qurmuşdur. Daha sonra xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə övladları X9 anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsi ilə X6 ilə aralarında xx.xx.2012-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 274 saylı nikah pozulmuş və ondan hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. Göründüyü kimi nikah pozulandan sonra övlaları anasının ananın yanında qalmışdır. Daha sonra isə cavabdeh, övladları X5 baxmamış, onu Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya yerləşdirmişdir. Buna baxmayaraq cavabdeh hər ay ondan övladlarına görə aliment tələb etməkdədir. Röyal İnteqrasiya təlimli internat tipli gimnaziyaya yerləşdirildiyindən o, övladına görə cavabdehə aliment ödəməkdən azad edilməlidir. Çünki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı aliment ödəməkdən azad edilmə tələbi ilə mediasiya təşkilatına da müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya Quba 1 saylı Mediasıya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. İddiaçı məhkəmədən kənar aliment ödəməkdən azad edilməyi üçün cavabdehlə heç bir razılıq əldə edə bilmədiyimdən məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə baxışı iclasının keçirilmə vaxtı və yeri barəsində məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdnə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək və iş materiallarına olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsi ilə X6 ilə İddiaçı arasında xx.xx.2012-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 274 saylı nikah pozulmuş və İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməsi qət edilmişdir. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-32/2-927/2024 saylı məktubuna əsasən Siyəzən şəhər İnteqrasiya təlimli internat gimnaziyasında təhsil alan bütün şagirdlər kimi xx.xx.2012-ci il təvəllüdlü X9 da dövlətin qayğısı və təminatı ilə əhatə olunub, gün ərzində 03 (üç) dəfə yüksək keyfiyyətli yemək ilə qidalanır, geyim və məktəb ləvazimatıları ilə təmin edilir və Siyəzən şəhər İnteqrasiya təlimli internat gimnaziyasında təhsil alan heç bir şagirddən, eləcə də xx.xx.2012-ci ildə doğulmuş X9 və onun valideynlərindən Siyəzən şəhər İnteqrasiya təlimli internat gimnaziyası tərəfindən heç bir maddi və mənəvi dəstək tələb edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən tam dövlət himayəsində olmaqla sosial xidmət müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsinə əsasən İddiaçı hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 verilməli olsa da, xx.xx.2012ci ildə doğulmuş X9 hazırda faktiki olaraq Siyəzən şəhər İnteqrasiya təlimli internat gimnaziyası təhsil alır və yaşayır və onun bütün ehtiyacları da Dövlət Büdcəsi hesabına ödənilir. X6 tərəfindən də bununla bağlı Siyəzən şəhər İnteqrasiya təlimli internat gimnaziyasına hər-hansı bir əlavə ödəniş edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş aliment İddiaçı tərəfindən xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ödənilməli olsa da, hazırda xx.xx.2012-ci ildə doğulmuş X4 müvəqqəti olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi, ehtiyaclarının dövlət tərəfindən təmin edilməsi və cavabdeh X6 tərəfindən də bununla bağlı hər hansı bir xərclərin ödənilmədiyini nəzərə alınaraq İddiaçı Cavabdeh qarşı "alimenti ödəməkdən azad etmə" iddiası qismən təmin edilməli və xx.xx.2012-ci il təvəllüdlü X1 şəhər İnteqrasiya təlimli internat gimnaziyasında təhsil aldığı müddət ərzində İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-50/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 şəhər İnteqrasiya təlimli internat gimnaziyasında təhsil aldığı müddət ərzində İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)- 50/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar