Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-822/2020 13.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Əqdin etibarlı hesab edilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 ilə onun arasında JN-3xx xxx 30403005 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 3.25 hektar torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 2005-ci ilin fevral ayında o, həmin vaxtlar Ağalıq kəndində yaşayan Cavabdeh1 JN-3xx xxx 30403005 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə ona və ailə üzvlərinə məxsus ay torpaq sahəsini satmasını eşidərək həmin şəxslə görüşüb, onların satmaq istədiyi həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Cavabdehlə aralarında şifahi müqavilə bağlanmaqla danışıb razılığa gəlmişlər və cavabdehə torpağın dəyərini ödəməklə X1 və ailə üzvlərinə məxsus 3.25 ha torpaq sahəsini almışdır. Lakin vaxtında cavabdehin təqsiri üzündən alqısatqını rəsmiləşdirə bilməmişlər. Cavabdehi həmin vaxt alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün notariat kontoruna dəvət etsə də, cavabdehə ailə üzvlərini bir yerə yığa bilmədiyini bəhanə gətirərək notariat kontoruna gəlməkdən imtina etmişdir. Cavabdehlə aralarında torpağın alqı-satqısı aparılmışdır, torpağın dəyərini ödəməklə torpaq sahəsini almışdır. Sonra cavabdehlər ona etibarnamə vermişlər, notariatda təsdiq olunmuş ərizələrini də vermişlər Xahiş edir, Cavabdeh1 ilə onun arasında JN-3xx xxx 30403005 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 3.25 hektar torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 məhkəməyə teleqramla müraciət edərək, onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ seriyalı 260182 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X10 ilə Cavabdeh1 xx xxxxx 1971-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh5 ərizəsindən görünür ki, Cavabdeh2 və X4 gələcəkdə İddiaçı və digər vətəndaşlara birgə mülkiyyətlərində olan torpaq məhkəmə yolu ilə satılarsa, satılmış torpaq alqı-satqısı ilə əlaqədar heç bir iddia və tələb qaldırmayacaqlar və səlahiyyətli orqanlara müraciət etməyəcəklər. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli Etibarnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh5 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı etibar etmişlər. İşə əlavə edilmiş JN-3xx xxx 30403005 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu X5 xx xxxxxx 1998-ci il tarixli 09 saylı qərarına əsasən X2 və ailə üzvləri – X6, Cavabdeh2, X3 və Cavabdeh5 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.25 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə gəlmiş tərəfin izahatını dinləyib iş materiallarını araşdıran məhkəmə, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar əqdin bağlanmış hesab edilməsinə dair bəzi məsələlər üzrə, habelə iddianın qanuniliyi və əsaslılığı ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.2ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bundan əlavə İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin (bundan sonra MM) 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. MM-in 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır. MM-in 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 238-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. MM-in 324.1, 324.2 və 324.4-cü maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-in 405.1-ci maddəsinə görə tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Beləliklə məhkəmə yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarına istinadən bu qənaətə gəlinir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh özünə və ailə üzvlərinə məxsus Şabran rayonunun Ağalıq kəndində yerləşən 3.25 ha torpaq sahəsini razılaşmaya əsasən, razılaşdıqları qiymətə İddiaçı satmışdır. 2000-ci ildən iddiaçı həmin torpaq sahaəsini maneəsiz, heç bir mübahisə olmadan torpaq sahəsinə faktiki sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Hazırki iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı halda tərəflərin arasında mübahisiəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sadə formada şifahi müqavilə vardır. Hansı ki, həmin əqd bağlanarkən iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib razılaşmalarına əsasən torpaq sahəsinin dəyərini hazırki iş üzrə cavabdeh tərəfə ödəmiş, tərəflərdən biri kimi notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, digər tərəf isə sözügedən müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Qeyd olunan qanun normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə hesab edir ki, Cavabdeh1 və ailə üzvlərinə məxsus Şabran rayonunun Ağalıq kəndində yerləşən 3.25 ha torpaq sahəsinin İddiaçı satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-cimaddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında JN-3xx xxx 30403005 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 3.25 hektar torpaq sahəsinə dair bağlanmış əqd etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında JN-3xx xxx 30403005 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 3.25 hektar torpaq sahəsinə dair bağlanmış əqd etibarlı hesab edilsin. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-822/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-822/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver