Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-824/2025 22.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 18 yaşa çatanadək hər uşağa görə 350 manat, cəmi 2 uşağa görə 700 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 07 2011-ci ildə Şabran rayon QŞ-də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından olan 2 övladlarıxx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Hal-hazırda cavabdehlə aralarında olan ailə münasibətləri tamamilə pozulmuşdur. O, hal-hazırda övladları ilə birgə yaşayır. Övladlarının saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də uşaqların saxlanması üçün aliment müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə məlumat verilsədə o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZ-İ seriyalı 693806 saylı nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı 06 iyul 2011-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. -AZ-İİİ seriyalı 050813 saylı və AZ-İİİ seriyalı 660590 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Rəşid və xx.xx.2015-ci ildə Mədinə adlı uşaqları anadan olmuşdur. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də dəmirçi vəzifəsində işləyir, aylıq 669.71 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81, 82 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndini rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflərin ər-arvad münasibətlərindən xx.xx.2012-ci ildə X5 və xx.xx.2015-ci ildə X4 adlı uşaqları anadan olmuşdur. Uşaqlar iddiaçının yanında yaşayır. Cavabdeh "xxxx" MMC-də dəmirçi vəzifəsində işləyir, aylıq 669.71 manat əmək haqqı alır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-824/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-824/2025
22.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver