Məhkəmə qərarları › İş №2(031)-83/2022

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-83/2022

02.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-83/2022 02.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ İDDİAÇİ: İddiaçı MMC-nin CAVABDEH: Cavabdeh qarşı Lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq “Azərmaş" MMC ilə bağlanmış 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 avqust 2021-ci il tarixə 523.99 manat gecikdirilmiş əsas, 279.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 304.94 manat dəbbə pulu, ümumilikdə 16070 manat dəymiş zərər, ümumilikdə 17178.53 manat borc və ödənilmiş 141.94 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məktubla müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh oğlunun istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321694 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh oğlu illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. Cavabdeh oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 14 iyul 2021-ci il tarixdə 300 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh oğlunun 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 avqust 2021 -ci il tarixə 523.99 manat gecikdirilmiş əsas, 279.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 304.94 manat dəbbə pulu, ümumilikdə 1108.53 manat borcu yaranmışdır. Xahiş edir, “Azərmaş" MMC ilə bağlanmış 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 avqust 2021-ci il tarixə 523.99 manat gecikdirilmiş əsas, 279.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 304.94 manat dəbbə pulu, 16070 manat dəymiş zərər, ümumilikdə 17178.53 manat borc və ödənilmiş 141.94 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı MMC ilə aralarında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321694 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən o, illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin şərtlərinə əməl edə bilməmişdir, ancaq MMC ona qarşı güzəşt etməmişdir. Maşın İddiaçı MMC-nə geri qaytarılmışdır. Bundan başqa iddia tələbində ilkin ödəniş olan 4000 manat da hesablanmışdır, MMC ilə aralarında razılığa gəlmək üçün müraciət etmişdir, ancaq aralarında razılıq olmamışdır. O, maşını götürmək şərti ilə iddianı qəbul edir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh oğlunun istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321694 ban nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşə əlavə edilmiş “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindənverilmiş 18 mart 2022-ci il tarixli 9/821 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin 06.08.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 16070,0 manat müəyyən edilmişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1. maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2. maddəsində qeyd olunur ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1. maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2. maddəsinə əsasən Lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericilikdə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4. maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektinimübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq ona borc kimi hesablanmış dəbbə pulunu azaldılmasının qanuni və ədalətli hesab edir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 avqust 2021-ci il tarixə 523.99 manat gecikdirilmiş əsas, 279.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 4.94 manat dəbbə pulu, 16070 manat dəymiş zərər, ümumilikdə 16878,53 manat borc və ödənilmiş 141.94 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 05 may 2021-ci il tarixli MAS-3690 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 avqust 2021-ci il tarixə 523.99 manat gecikdirilmiş əsas, 279.60 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 4.94 manat dəbbə pulu, ümumilikdə 16070 manat dəymiş zərər, ümumilikdə 16878,53 manat borc və ödənilmiş 141.94 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar